REGİONLAR
“Gəncə Beynəlxalq Uşaq Klubu” körpə fidanları qoynuna alıb
Gəncə, 1 iyun, Rauf Hacıyev, AZƏRTAC
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Gəncə Beynəlxalq Uşaq Klubu” körpə fidanları qoynuna alıb.
AZƏRTAC xəbər verir ki, bayram tədbirində uşaqların rahat və firavan yaşaması naminə diqqət yetirilməsi vacib olan məsələlərə toxunulub.
“Gəncə Beynəlxalq Uşaq Klubu” nun rəhbəri Könül Zeynalova uşaqları təbrik edərək bildirib ki, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən tərbiyəsini təmin etməyi özünün ən ümdə vəzifələrindən hesab etməlidir.
Daha sonra dünyada və Azərbaycanda əlamətdar günün tarixinə nəzər salınıb. Qeyd olunub ki, Azərbaycan Respublikası 1992-ci il iyulun 21-də BMT-nin “Uşaq hüquqlarına dair” Konvensiyasına qoşulub. Prezident İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli Sərəncamı ilə 2009-cu il Azərbaycanda “Uşaq ili” elan edilib.
Çıxışlardan sonra bədii proqram təqdim olunub. Uşaqların hazırladığı səhnəciklər, mahnı və rəqslər, söylədikləri şeir parçaları iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.