REGİONLAR


Gəncədə Apellyasiya Şuralarına elektron şikayət qəbulu xidmətinin göstərilməsi ilə bağlı təlim keçirilib VİDEO

A+ A

Gəncə, 19 avqust, Rauf Hacıyev, AZƏRTAC

Gəncədə “Apellyasiya Şuralarına elektron şikayət qəbulu” xidmətinin “Elektron hökumət” portalına inteqrasiyası mövzusunda təlim keçirilib.

AZƏRTAC xəbər verir ki, Prezident Administrasiyasının dəstəyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən hazırlanan “Apellyasiya Şuralarına elektron şikayət qəbulu” formasının idarəetmə paneli üzrə təlimdə Gəncə və ətraf rayonların 10-a yaxın icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak edib.

Təlimin aparıcısı RYTN-nın Məlumat Hesablama Mərkəzinin əməkdaşı Emin Novruzov elektron xidməti haqqında məlumat verərək bildirib ki, Prezident İlham Əliyevin 2016-cı il 3 fevral tarixli Fərmanı ilə yaradılan Apellyasiya Şurası üzrə xidmətlər Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi Tərəfindən elektronlaşdırılıb. Artıq “Apellyasiya Şuralarına elektron şikayət qəbulu” xidməti “Elektron hökumət” portalına inteqrasiya olunub.

Emin Novruzov qeyd edib ki, RYTN tərəfindən Apellyasiya Şuralarına şikayətlərin qəbulu prosesinin elektronlaşdırılaraq “Elektron hökumət” portalına (e-gov.az) inteqrasiya olunmasında məqsəd bu sistemin sahibkarların müraciət imkanının daha da asanlaşdırılmasına xidmət etməkdir. Həmçinin “Apellyasiya Şuralarına elektron şikayət qəbulu” xidməti ilə sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərini elektron şəkildə Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarına operativ çatdırmaq mümkündür.

Sahibkarlar üçün böyük əhəmiyyət daşıyan xidmət, eyni zamanda, şikayətçilərin dövlət orqanlarına müraciətinin daha da asanlaşmasına, sənədlərin elektron şəkildə təqdim edilməsinə, müraciətlərə baxılma barədə məlumatların əldə olunmasına imkan verir. Həmçinin xidmətdən istifadə edən vətəndaş göndərmiş olduğu müraciətin icra vəziyyəti barədə məlumatı izləmək və verilən qərarı elektron formada əldə edə bilmək imkanı qazanır.

Daha sonra nazirliyin mütəxəssisləri tərəfindən keçirilən təlimdə yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinə elektron xidmətin fəaliyyət imkanları panellər üzrə ətraflı izah olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.