Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Gəncədə “Özəlləşdirmə: yeni yanaşmalar və imkanlar” mövzusunda regional forum keçirilib VİDEO

Gəncə, 7 iyul, Rauf Hacıyev, AZƏRTAC

İyulun 7-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Gəncədə “Özəlləşdirmə: yeni yanaşmalar və imkanlar” mövzusunda forum keçirilib.

Forumda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Gəncə “ASAN xidmət” mərkəzinin əməkdaşları və könüllüləri, həmçinin Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının nümayəndələri, Gəncə-Qazax və Aran iqtisadi rayonundan olan 70-dək sahibkar, iş adamı və daşınmaz əmlak mütəxəssisləri iştirak edib.

AZƏRTAC xəbər verir ki, forumun əsas məqsədi bölgələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərini dövlət əmlakının özəlləşdirilməsi sahəsində tətbiq olunan yeni yanaşmalar, müasir üsullar haqqında məlumatlandırmaq, həmçinin onları özəlləşdirmə prosesinin gedişi, özəlləşdirməyə çıxarılan yeni müəssisə və sahələr, özəlləşdirmənin daha da sürətləndirilməsi ilə bağlı keçirilən açıq və şəffaf hərraclar barədə maarifləndirməkdir. Eyni zamanda, investorların özəlləşdirmə prosesində iştirakının genişləndirilməsi ilə bağlı həyata keçirilən innovativ layihələr, görülən işlər barədə iştirakçıları məlumatlandırmaq da əsas vəzifələrindəndir.

Əvvəlcə özəlləşdirmə prosesindən bəhs edən videoçarx nümayiş olunub.

Əmlak Məsələləri Dövlət Komitəsinin aparat rəhbəri Azər Bəşirov çıxış edərək bildirib ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizin iqtisadi gücünün artırılması məqsədilə müxtəlif sahələrdə mühüm islahatlar həyata keçirilir. Dövlətimizin başçısı İlham Əliyevin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanına əsasən müasir çağırışlara uyğun yeni yanaşmalar tətbiq etməklə özəlləşdirmənin sürətləndirilməsi, prosedurların elektronlaşdırılması, bu sahədə şəffaflığın, operativliyin təmin olunması prioritet məsələ kimi müəyyən edilib. Eyni zamanda, Fərmanda regionlardakı rəqabətqabiliyyətli müəssisələrin özəlləşdirilməsi, onların fəaliyyətinin yenidən bərpası, investorların prosesə cəlb edilməsi, onların özəlləşdirməyə çıxarılan müəssisələr barədə məlumatlandırılması məsələləri öz əksini tapıb. Əmlak Məsələləri Dövlət Komitəsi də sahibkarların prosesə cəlb edilməsi istiqamətində mühüm işlər görür. Bu yaxınlarda komitə ilə Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası arasında imzalanan memoranduma əsasən birgə əməkdaşlıq da müəssisələrin özəlləşdirilməsinin sürətlənməsinə yönəlib.

Aparat rəhbəri qeyd edib ki, Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsində şəffaflığın və məlumatlandırmanın təmin edilməsi, həmçinin müvafiq prosedurların sadələşdirilməsi üçün genişmiqyaslı tədbirlər həyata keçirir. Hazırda modern üsullar, innovativ layihələr tətbiq etməklə özəlləşdirmə prosesinin yeni mərhələsi başlanılıb. Özəlləşdirmənin hazırkı dövründə tətbiq olunan müasir üsullar prosesin daha da sürətlənməsinə, bu sahədə modern və çevik idarəetmənin təmin edilməsinə, operativlik və şəffaflığın artmasına şərait yaradıb.

Bildirilib ki, komitə ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında imzalanan əməkdaşlıq memorandumu da bu sahədə yeni layihələrin, ideyaların, startapların tətbiqinə imkan verəcək.

Azər Bəşirov vurğulayıb ki, dövlət mülkiyyətində olan dövrlə müqayisədə, özəlləşdirilmiş müəssisələrdə istehsalın həcmi 1,5 milyard manat artıb, çoxlu çeşiddə rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsalı təşkil edilib. Prezident İlham Əliyevin 2016-cı il 19 iyul tarixli Fərmanına əsasən, orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin siyahısı təsdiq olunub. Onların tabeliyindəki qeyri-profil, habelə həmin siyahıya daxil olmayan dövlət müəssisə və obyektləri özəlləşdirməyə açıq elan olunub. Bundan başqa, müvafiq siyahıda adı çəkilməyən 300-dən artıq yeni müəssisə də özəlləşdirməyə açıq elan edilib. Hazırda komitə tərəfindən həmin müəssisələrin özəlləşdirməyə çıxarılması istiqamətində işlər görülür, yaxın aylarda onların özəlləşdirilməsi barədə elan veriləcək.

Diqqətə çatdırılıb ki, hazırkı mərhələdə özəlləşdirilən dövlət əmlakı müstəqil qiymətləndiricilər cəlb olunmaqla bazar prinsipləri əsasında qiymətləndirilir və açıq hərraclar vasitəsilə özəlləşdirməyə yönləndirilir. Yeni yanaşmalara uyğun olaraq, 40-a yaxın hərrac keçirilib, 110-dan artıq dövlət əmlakı satışa çıxarılıb. Özəlləşdirmə portalı vasitəsilə həmin əmlaklar barəsində məlumatlar təqdim olunur. Artıq portaldan istifadə edənlərin sayı 700 mini ötüb.

Bildirilib ki, bundan sonra özəlləşdirilən istehsal təyinatlı müəssisələr, əsasən investisiya müsabiqələri vasitəsilə özəlləşdiriləcək. Bu zaman isə potensial alıcılardan investisiya proqramının icra olunması tələb ediləcək.

Daha sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Rafiq Şəfiyev çıxış edərək bildirib ki, son dövrlər ölkədə, eləcə də Gəncə şəhərində investor kütləsinin formalaşması, əcnəbi və yerli sahibkarlar tərəfindən müəssisələrə yatırılan kapitalın artımı özəlləşmə prosesinin sürətlənməsinin əyani göstəricisidir. Həmçinin investorların cəlb edilməsi və bu sahənin daha da inkişafı üçün Gəncədə geniş imkanlar mövcuddur.

Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov bütün bölgələrimizdə investisiya yatırımları üçün münbit şəraitin olduğunu, hazırda özəlləşmə prosesinə sahibkarların marağının artdığını vurğulayıb.

Vüqar Zeynalov deyib ki, özəlləşdirmə ilə bağlı keçirilən hərraclar prosesin sürətlənməsinə şərait yaradıb. Açıq və şəffaf keçirilən hərraclar investorların özəlləşdirməyə çıxarılan əmlaklara əlçatanlığını artırıb.

Forumda Gəncə-Qazax və Aran iqtisadi rayonlarında özəlləşdirilməsi nəzərdə tutulan 50-ə yaxın müəssisənin iqtisadi, texniki və digər göstəriciləri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, bunlardan 18-i Gəncədə, 7-si Yevlaxda, 6-sı Mingəçevirdə, 5-i Şəmkirdə, qalanları isə digər bölgələrdə yerləşir. Bu müəssisələr sənaye, kənd təsərrüfatı, xidmət və digər iqtisadi sahələrə aiddir.

Forumda özəlləşdirmə prosesində daha bir yenilik olan dövlətə məxsus daşınar əmlakların özəlləşdirilməsini həyata keçirən elektron hərrac barədə də məlumat verilib. Bildirilib ki, elektron hərrac vasitəsilə ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarına onlayn qoşulub dövlət əmlakının özəlləşdirilməsində iştirak edə bilər. Komitə tərəfindən həyata keçirilən bu kimi innovativ layihələr ölkəyə daha çox investorun cəlb edilməsinə, özəlləşmə prosesində əlçatanlığın artmasına, investisiya mühitinin formalaşmasına istiqamətlənib.

Sonda özəlləşdirmə prosesi ilə bağlı sahibkarları maraqlandıran çoxsaylı suallar komitə nümayəndələri tərəfindən cavablandırılıb.

Gəncədə “Özəlləşdirmə: yeni yanaşmalar və imkanlar” mövzusunda regional forum keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb