REGİONLAR


Gəncədə görmə qabiliyyəti məhdud insanlar üçün Brayl əlifbasının tədrisinə başlanılıb

Gəncə, 28 iyul, Rauf Hacıyev, AZƏRTAC

Görmə qabiliyyəti məhdud insanların sosial reabilitasiyası məqsədilə Gəncə Regional İnformasiya Mərkəzində Brayl əlifbasının tədrisinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, bu kateqoriyadan olan insanların müasir biliklərə yiyələnməsi, eləcə də dünyagörüşülərinin zənginləşdirilməsi məqsədilə mərkəzin mütəxəssisləri tərəfindən həm onlara Brayl şriftlər öyrədiləcək, həm də xüsusi Brayl monitorlar vasitəsilə informasiya texnologiyaları sahəsində bilik və bacarıqlar aşılanacaq.

Məlumat üçün bildirək ki, Brayl əlifbası görmə qabiliyyəti məhdud insanların oxuyub-yazması üçün 1821-ci ildə fransız tiflopedaqoqu Luis Brayl tərəfindən tərtib edilən qabarıq nöqtəli əlifbadır. O, 6 qabarıq nöqtənin müxtəlif kombinasiyalarından istifadə edərək bütün hərf və rəqəmləri, həmçinin durğu işarələrini yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.