CƏMİYYƏT


Gəncədə həyətyanı sahəyə baxış zamanı  aviabomba aşkarlanıb

Bakı, 16 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) iyunun 16-da Gəncə şəhərində aparılan minatəmizləmə əməliyyatları barədə operativ məlumat yayıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, agentliyin mütəxəssisləri Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatına əsasən, Gəncə şəhərinin Kəpəz rayonunun Məhsəti qəsəbəsində bir həyətyanı sahəyə baxış keçirilib. Baxış zamanı aşkar edilmiş aviabomba (FAB-50) zərərsizləşdirilməsi üçün götürülüb. Ümumilikdə 200 kvadratmetr ərazi yoxlanılıb.

Agentlik tərəfindən yanvarın 1-dən iyunun 16-dək, ümumilikdə, 5776 partlamamış hərbi sursat, tank əleyhinə 191 mina və piyada əleyhinə 30 mina aşkarlanaraq zərərsizləşdirilib. Cəmi 4 milyon 153 min 728 kvadratmetr ərazi yoxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.