REGİONLAR
Gəncədə uşaq hüquqlarının həyata keçirilməsi vəziyyəti müzakirə olunub
Bakı, 31 may, AZƏRTAC
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə əlilliyi olan uşaq və yeniyetmələrin valideynləri üçün seminar təşkil edilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Gəncədə keçirilən tədbirdə iştirakçılara gənclərin, qadınların, uşaqların, əlillərin, sahibkarların hüquqlarının qorunması sahəsində qanunvericilik, mövcud standartlar və beynəlxalq təcrübə, Uşaq Hüquqları Konvensiyası, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyəti barədə məlumat verilib.
Seminarda, həmçinin iştirakçılara İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb.