REGİONLAR


Gəncənin sənaye potensialı gücləndirilir

A+ A

Gəncə, 31 iyul, AZƏRTAC

Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının davamlı və rəqabaətqabiliyyətli inkişafını təmin etmək üçün qeyri-neft sektorunda istehsal sahələrinin artırılması, eləcə də sənaye potensialının gücləndirilməsi istiqamətində verdiyi tapşırıqlar Gəncə şəhərində də uğurla icra olunur.

AZƏRTAC xəbər verir ki, nəzərdə tutulan iqtisadi layihələr həyata keçirildikdən və istehsal tutumlu sənaye müəssisələri yaradıldıqdan sonra Gəncə respublikanın dotasiyasız şəhərləri sırasına daxil ola bilər. Hazırda şəhərdə istahsal olunan sənaye məhsulunun 93,0 faizi emal sənayesinin payına düşür. Bu ilin birinci yarısında emal sənayesində, kompyuter, elektron və optik məhsulları, qida məhsulları, un və un məmulatları, tikinti materialları, toxuculuq, kağız və karton, mebel, nəzarət ölçü cihazları, avtomobil, qoşqu və yarımqoşquların istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri bölmələrində, həmçinin metallurgiya sənayesində artım müşahidə olunub.

Emal sənayesinin strukturunda metallurgiya sənayesi 44,4 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 32,7 faiz təşkil edib.

İstehsal olunan məhsulun 43,0 faizi Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrə ixrac olunub.

Göstərilən sahələrin inkişafı ilə yanaşı, müasir, yeni istehsal sahələrinin yaradılmasının dəstəklənməsi, sənaye zonalarının və klasterlərinin təşkili işləri də davam etdirilir.

Hazırda Bakı-Qazax avtomobil yolunun sağ tərəfindəki 15 hektar torpaq sahəsində “NB Satınalma və Ticarət” MMC tərəfindən tikinti materialları istehsalı zavodunun inşası davam etdirilir. Eyni zamanda, “Avanqard N” MMC tərəfindən quru inşaat materialları istehsalı zavodunun inşası üçün danışıqlar aparılır. “Elba Kəsim və Emal Fabrikası” MMC-nin inşası davam edir. “Neon” firmasında müəssisə daxilində istehsal sahəsi genişləndirilərək Rusiya və Ukraynadan alınmış 2 ədəd qovurma və paketləmə texnoloji xətlərində quraşdırma işləri həyata keçirilir. Eyni zamanda, bu müəssisədə gündəlik istehsal gücü 13 ton olan makaron və gündəlik istehsal gücü 240 ton olan çəltik istehsal edən zavodun biznes planı hazırlanır. “Gil-Torpaq” İstehsalat Sahəsinin yenidənqurma layihəsinin iqtisadi-texniki əsaslandırılması işləri başa çatdırılaraq Maliyyə Nazirliyinin və İqtisadiyyat Nazirliyinin müvafiq rəyləri əsasında Nazirlər Kabinetinə təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.