CƏMİYYƏT


Gənclər Təşkilatları Milli Şurasının nümayəndələrinə SOCAR-ın fəaliyyəti barədə məlumat verilib

A+ A

Bakı, 17 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) ölkə gənclərinin bir qrupunun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) inzibati binasına tanışlıq turunu təşkil edib.

ARGTMŞ-dan AZƏRTAC-a bildiriblər ki, məlumat turu zamanı gənclərə şirkətin iş strukturu, Azərbaycan ərazisindəki neft-qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, ölkəmizdə sənayenin və əhalinin təbii qazla təchizatı ilə bağlı məlumat verilib.

Şuranın sədri Seymur Hüseynov bildirib ki, bu gün SOCAR dünyanın aparıcı şirkətlərindən biridir. Sevindirici haldır ki, korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində gənclərə xüsusi diqqət ayrılır. Bu istiqamətdə gənclər təşkilatlarının vahid platforması olaraq, SOCAR ilə əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi çox mühümdür. Bu gün Şuranın gənclər təşkilatları SOCAR-ın bir çox layihələrində tərəfdaş və icraçı qismində fəal iştirak edirlər.

Tur çərçivəsində iştirakçılara SOCAR-ın gənclərlə bağlı layihələri haqqında videoçarx təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.