CƏMİYYƏT
Gənclər “Yaradıcılıq emalatxanası”na dəvət olunurlar
Bakı, 16 iyul, AZƏRTAC
Gənclər və İdman Nazirliyi yaradıcı gəncləri avqustun 10-dan 20-dək Daşkəsəndə ilk dəfə keçiriləcək “Yaradıcılıq emalatxanası” adlı düşərgəyə dəvət edir.
Təsviri sənət, foto, müasir rəqs, aktyorluq, rejissorluq, estrada ifası, televiziya jurnalistikası kimi sahələri əhatə edəcək “Yaradıcılıq emalatxanası”nda 18-23 yaşlı gənclər iştirak edə bilərlər.
Düşərgədə müsabiqələr, ustad dərsləri, ekspertlərlə görüşlər, eləcə də əyləncəli proqramlar, tonqal ətrafında yaradıcılıq gecələri, konsert proqramları təşkil olunacaq. Düşərgədə iştirak etmək üçün gənclər http://goo.gl/forms/mBybK3bOlLtaKLd63 səhifəsində yerləşdirilən anket formasını [email protected] elektron ünvanına göndərlməlidirlər. Ərizəni doldurub təsdiqlədikdən sonra şəxsiyyəti təsdiq edən sənədin surəti də [email protected] ünvanına göndərilməlidir.
Düşərgədə 70-80 gəncin iştirak edəcəyi və onların məşhur insanlarla görüşü nəzərdə tutulub. Gənclər düşərgənin ilk günündən maraq göstərdikləri sahə üzrə hazırladıqları əl işlərini təlimin sonunda ekspertlərə təqdim edəcəklər. Nəticədə hər qrupdan bir nəfər qalib seçiləcək. Düşərgə zamanı gənclərin Göygöl, Gəncə və Şəmkirə ekskursiyayası təşkil olunacaq. Sonda gənclərə sertifikatlar təqdim olunacaq.
Qeyd edək ki, gənclərin “Yaradıcılıq emalatxanası”nda iştirakı pulsuzdur.