CƏMİYYƏT


Gənclər və idman naziri Göyçayda vətəndaşları qəbul edəcək

A+ A

Bakı, 7 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov oktyabrın 11-də Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Zərdab şəhər və rayonlarının sakinləri iştirak edəcəklər.

Qəbula gəlmək istəyən vətəndaşlar Mingəçevir (0505331529), Yevlax (0506165260, 0558174131), Ağdaş (0513283300, 0555022600), Ağsu (0503834400), Bərdə (0502229596), Göyçay (0502659100, 0552363176), Kürdəmir 055(70)3888668), Tərtər (0502883323, Ucar (050(55)3040469), Zərdab (0702366363) şəhər və rayonlarının gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.