REGİONLAR


Gənclər və idman naziri Göygöldə vətəndaşları qəbul edib VİDEO

A+ A

Göygöl, 20 iyul, AZƏRTAC

İyulun 20-də gənclər və idman naziri Azad Rəhimov Göygöl rayonunda vətəndaşları qəbul edib.

AZƏRTAC xəbər verir ki, qəbulda Gəncə və Naftalan şəhərlərindən, Ağstafa, Daşkəsən, Goranboy, Göygöl, Gədəbəy, Qazax, Samux, Şəmkir və Tovuz rayonlarından olan sakinlər iştirak edib.

Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən gənclər, idman, tikinti sahələri, sahibkarlarlığın inkişafı ilə bağlı kreditlərin verilməsi, iş ilə təminat, şəxsi məsələlər və s. ilə bağlı olub.

Gənclər sahəsində qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, gənclər mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti ilə bağlı müraciətlər ünvanlanıb.

İdman sahəsində edilən müraciətlər isə fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman komplekslərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman mərkəzlərinin və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı ilə bağlı olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.