İQTİSADİYYAT


“Gənclərin Karyera və İnkişaf Mərkəzi” layihəsi başa çatıb

A+ A

Bakı, 19 oktyabr, AZƏRTAC

“Bakcell” şirkətinin dəstəyi ilə “SOS Uşaq Kəndləri - Azərbaycan Assosiasiyası” İctimai Birliyi tərəfindən icra edilən “Gənclərin Karyera və İnkişaf Mərkəzi” layihəsi uğurla başa çatıb.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində Bakı “SOS uşaq kəndi”ndə yaradılan “Gənclərin Karyera və İnkişaf Mərkəzi” bütün lazımi avadanlıqla təchiz edilib. Mərkəzdə 68 nəfər gənc müsahibə qabiliyyətləri, CV yazmaq, karyera istiqamətləndirilməsi və mühasibatlıq kurslarını müvəffəqiyyətlə bitirib. Təlimləri uğurla bitirən gənclər sırasından 5 nəfər isə artıq öz kiçik biznesini quraraq işləməyə başlayıb.

Bununla yanaşı, “SOS Uşaq Kəndləri - Azərbaycan Assosiasiyası” İB-nin veb-səhifəsində “gənclərin məşğulluğu” bölməsi yaradılıb. Bu layihə çərçivəsində mərkəzdə keçirilən təlim və kursları tamamlayan 50 nəfər gəncin CV-ləri həmin bölməyə əlavə edilib. Bölmədə, həmçinin müvafiq qanunvericilik və məşğulluq imkanlarının əldə edilməsi üçün əlavə faydalı məlumat da var http://soschildren.az/1/static/33 .

Qeyd edək ki, layihə “SOS Uşaq Kəndləri - Azərbaycan Assosiasiyası”nın benefisiarlarını və Təhsil Nazirliyinin tabeçiliyində olan müvafiq qurumların xidmət etdiyi uşaqları və gəncləri əhatə etməklə onların məşğulluq imkanlarının genişləndirilməsi və bu sahədə bilik və səriştələrinin artırılması üçün həyata keçirilib. Layihənin əhatə etdiyi benefisiarlar, əsasən valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaqlar və gənclərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.