CƏMİYYƏT


General-mayor Abbasəli Novruzov böyük sərhədçi nəslinə örnək və nümunədir

Bakı, 3 iyun, AZƏRTAC

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2017-ci il 25 may tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının xüsusi xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə və 80 illik yubileyi münasibətilə “Şöhrət” ordeni ilə təltif olunmuş general-mayor Abbasəli Novruzovun Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının kursantları ilə görüşü keçirilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, görüşdə çıxış edənlər şərəfli xidməti ilə Vətən, xalq və dövlət qarşısındakı müqəddəs borcunu vicdanla yerinə yetirən, bu gün də böyük sərhədçi nəslinə örnək və nümunə olan general-mayor Abbasəli Novruzovun gənc kadrların yetişdirilməsində müstəsna rolunu qeyd edib, yubilyara öz səmimi təbriklərini çatdırıblar.

Sərhədçi veteran, general-mayor Abbasəli Novruzov mərasimdə çıxış edərək keçdiyi xidmət yolundan danışıb, kursantlara tövsiyə və tapşırıqlarını verib. O, kursantların Azərbaycan sərhədçisi kimi dövlətçilik ənənələrinə daim sadiq olacaqlarına, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında dövlət sərhədlərinin etibarlı mühafizəsi naminə əzmlə xidmət edəcəklərinə, sərhədçi adını həmişə uca tutacaqlarına əminliyini bildirib.

Tədbirin sonunda general-mayor Abbasəli Novruzov kursantları maraqlandıran suallara cavab verib, onlarla xatirə şəkilləri çəkdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.