CƏMİYYƏT
Genetiklər xəstəxana bakteriyalarının davamlılıq mexanizmlərini aşkar ediblər
AZƏRTAC “Medical Express” saytına istinadla xəbər verir ki, bakteriyaların davamlılığının sirri genom xromosomlardan kənarda yerləşən kiçik ölçülü DNT molekulların plazmidləri ilə bağlıdır. Belə genetik material avtonom şəkildə inkişaf edir və hüceyrə haqqında informasiyanı qoruyur. Alimlər əmindilər ki, bəzi plazmidlər antibiotiklərə qarşı davamlılıq genlərinin daşıyıcılarıdır.
Beləliklə, bəzi bakteriyaların plazmidləri və ən güclü antibakterial preparatlardan biri olan karbapenemlərə qarşı davamlılığın inkişafı arasında əlaqə olması sübut edilib. Bu qrup preparatlara enterobakteriyalar təsir etmir, onlar sərbəst hərəkət edir və antibiotik terapiya şəraitində çoxalır.
Qeyd etmək lazımdır ki, enterobakteriyalar Amerikanın bütün tibb müəssisələrinin 4 faizində aşkar olunur. Plazmidlərdə dəyişikliklər nəticəsində nisbətən təhlükəsiz bakteriyalar ən güclü antibiotiklərə rezistent olan dəhşətli ştammlara çevrilə bilər.