ELM VƏ TEXNOLOGİYA


Geologiya və Geofizika İnstitutunda ukraynalı alimin elmi məruzəsi dinlənilib

A+ A

Bakı, 24 noyabr, AZƏRTAC

Noyabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) Taras Şevçenko adına Kiyev Milli Universitetinin Geologiya İnstitutunun direktoru, geologiya elmləri doktoru, professor Vladimir Mixaylovun “Qızılın metallogeniyası” mövzusunda elmi məruzəsi dinlənilib.

GGİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsi direktorunun elmi işlər üzrə müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov beynəlxalq əməkdaşlıq çərçivəsində elmi seminarların təşkilinin alim və mütəxəssislərimiz üçün faydalı olduğunu deyib.

Rəhbərlik etdiyi qurumun yaranma tarixindən danışan V.Mixaylov bu elmi-tədris institutunun nəzdində geologiya elminin bütün sahələrini əhatə edən yeddi kafedra və bir sıra laboratoriyaların fəaliyyət göstərdiyini bildirib. O, həmçinin bu elmi müəssisədə aparılan tədqiqatlar, institutun Ukrayna Milli Elmlər Akademiyası ilə birgə həyata keçirdiyi layihələr barədə məlumat verib.

V.Mixaylov məruzəsində bildirib ki, qızıl nadir fiziki, kimyəvi tərkibə malik olduğundan kosmik və aviasiya sənayesində, elektronika, tibb və digər sahələrdə istifadə edilir. Qızılın, həmçinin beynəlxalq ticarətdə çox böyük rol oynadığını söyləyən məruzəçi bu qiymətli metalın dəyərinin getdikcə artdığını, iri qızıl yataqlarında dünya üzrə ehtiyatların təxminən 100 min tona çatdığını diqqətə çatdırıb.

Qonaq digər məruzəsində alternativ enerji mənbələrindən danışıb, bu sahədə apardığı tədqiqatların nəticələrini azərbaycanlı həmkarları ilə bölüşüb.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, akademiyanın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, müvafiq elmi müəssisələrin əməkdaşları, magistrlər, həmçinin “AzərGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.