İQTİSADİYYAT
“Goldman Sachs” gələn il üçün neftin qiymətinə dair proqnozunu artırıb
Bakı, 21 noyabr, Nihad Budaqov, AZƏRTAC
Dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” 2017-ci ilin əvvəli ilə bağlı neftin qiyməti üzrə proqnozunu 55 dollar səviyyəsinə artırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə bankın açıqlamasında deyilir. Bildirilir ki, OPEC-in neft istehsalını gündəlik 33 milyon barrelə endirməklə bağlı razılığa gələcəyi və Rusiyanın istehsal səviyyəsini “donduracağı” fərziyyəsinə əsaslanaraq, neftin barrel qiyməti 2017-ci ilin ilk yarısında daha əvvəl proqnozlaşdırılan 45 dollar və 50 dollar səviyyələrindən ortalama 55 dollar səviyyəsinə yüksələcək.
“Goldman”ın analitiklərinin fikrincə gələn ilin sonuna qədər təklifin tələbatı üstələyəcəyi ilə bağlı qlobal neft bazarına duyulan inam sayəsində xərcləri aşağı olan istehsalçılar hasilatı azaltmağa başlayacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]