DÜNYA
“Google” tam bərpaolunan enerjidən istifadəyə keçəcək
Bakı, 8 dekabr, AZƏRTAC
“Google” və “Apple” kimi iri texnoloji şirkətlər ekologiyaya böyük diqqət yetirir. Məsələn, onlar təbii resursları sərf etməmək üçün bərpaolunan enerji mənbələrindən aktiv istifadə edirlər.
AZƏRTAC-ın “Google”un yaydığı məlumata istinadla xəbərinə görə, “Google”un əməkdaşları gələn ildən şirkətin xalis enerjidən istifadəyə tam keçmək niyyətində olmasını açıqlayıblar. Belə ki, artıq yaxın vaxtlarda şirkətə məxsus məlumat emalı mərkəzləri və ofislər günəş, külək və nüvə enerjisindən istifadəyə keçməyə başlayacaq.
“Biz bərpaolunan enerji mənbələrinin alışı üçün irimiqyaslı və uzunmüddətli sazişlər yaradan ilk korporasiyalardan biriyik. 2010-cu ildə biz Ayova ştatının külək ferması ilə elektrik enerjisinin alınmasına dair ilk saziş imzaladıq. Bu gün biz dünyada iri korporativ bərpaolunan enerji alıcısıyıq və 2,6 vatt külək və günəş enerjisinə nail olmaq üçün öhdəlik götürmüşük. Bu, əksər böyük müəssisələrdən çoxdur”, - deyə “Google” nümayəndələri bildiriblər.
“Google”, həmçinin planetin qorunması ilə bağlı şirkətin gördüyü işləri əhatə edən saytı istifadəyə verib.