CƏMİYYƏT


Goranboy rayonunda partlamamış top mərmisi tapılıb

A+ A

Bakı, 28 avqust, AZƏRTAC 

Avqustun 28-də Goranboy rayonunda partlamamış top mərmisi tapılıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən AZƏRTAC-a bildiriblər ki, rayonun Buzluq kəndində bir otlaq sahəsində partlayış yerinə baxış keçirilib və 1 ədəd 100 mm-lik partlamamış top mərmisi (PS-34, qəlpəli-partlayış dalğalı) aşkar edilərək götürülüb. Ümumilikdə, 5 min kvadratmetr ərazi yoxlanılıb.

Agentlik tərəfindən aprelin 7-dən avqustun 28-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 642 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib, 3474 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 31 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.