REGİONLAR


Güclü sel Quba-Xınalıq yolunda ciddi fəsadlar törədib

Bakı, 2 sentyabr, AZƏRTAC

Sentyabrın 1-də axşam saatlarında Qubaya yağan aramsız yağışlar nəticəsində Quba-Xınalıq yolunun 29-cu kilometrliyində Qudyalçay üzərində yerləşən körpü qəzalı vəziyyətə düşüb, körpünün istinad divarları zədələnib. Hadisə nəticəsində yolda gediş-gəliş dayanıb.

Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən açıqlama verilib.

Bildirilib ki, dünən axşam saatlarından etibarən fəsadların aradan qaldırılması üçün “Azəravtoyol” ASC-nin ağır texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub.

Bundan başqa, Quba-Xınalıq yolunun 36 kilometrliyində, Qudyalçayda suyun səviyyəsinin qalxması nəticəsində yol yuyularaq yararsız vəziyyətə düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.