İDMAN
Güləşçimiz Elis Manolova dünya çempionatının bürünc medalına sahib olub
Bakı, 2 sentyabr, AZƏRTAC
Fransanın Makon şəhərində gənclər arasında güləş üzrə dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, üçüncü yarış günündə 44, 51, 59 və 67 kiloqram çəki dərəcələrində gənc qızlar mübarizə aparıblar. Azərbaycan güləşçiləri iki çəki dərəcəsində təmsil olunub.
Yarışda 67 kiloqram çəkidə mübarizə aparan Elis Manolova ardıcıl olaraq Özbəkistan və Ukraynadan olan rəqiblərini məğlub edib. Yarımfinalda güləşçimiz Fransa təmsilçisi ilə görüşü uduzub. Bürünc medal görüşünə haqq qazanan Elis Manolova həlledici görüşdə Hindistan təmsilçisini məğlub edib. Bu qələbə ilə güləşçimiz çempionatın bürünc medalına sahib olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [14:43]
“Böyük Dəbilqə”: Azərbaycanın 4 cüdoçusu medal görüşünə çıxacaq
- 10.05.2024 [13:13]
Bakıda qızıl medal qazanan koreyalı atıcı yeni dünya rekorduna imza atıb
- 10.05.2024 [12:54]
Arif Əsədov: “Şamaxı”nın Premyer Liqaya vəsiqə qazanmaması uğursuzluq olar
- 10.05.2024 [11:45]
Toğrul Əsgərov: Azərbaycan dünya idman tarixinə öz imzasını atmağı bacarıb
- 10.05.2024 [11:11]
Azərbaycan Premyer Liqası: Mərkəzi oyun FIFA referisinə tapşırılıb
- 10.05.2024 [11:04]
Azərbaycanın qadın güləşçiləri lisenziya turnirində mübarizəyə başlayırlar
- 10.05.2024 [10:33]