İQTİSADİYYAT
“Günəşli” yatağında yeni istismara verilmiş özüldən ilk quyu tikintisi başa çatdırılıb
Bakı, 27 iyul, AZƏRTAC
“SOCAR-AQŞ” “Günəşli” yatağında yeni istismara verilmiş özüldən ilk quyu tikintisini başa çatdırıb.
“SOCAR-AQŞ”nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, şirkət dayazsulu “Günəşli” yatağındakı 7 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 2816 metr olan 316 saylı quyunun tikintisini yekunlaşdırıb.
7 saylı özülün baş qazma ustası Famil İskəndərov qeyd edib ki, yeni istismara verilmiş özüldə ilk quyunun uğurla qazılması əksəriyyəti gənc kadrlardan təşkil edilmiş briqada üçün çox önəmlidir. Müəssisə əldə etdiyi zəngin təcrübəni digər quyuların qazılmasında da tətbiq edərək yeni uğurlara imza atacaq.
Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.
Hazırda “SOCAR-AQŞ” dayazsulu “Günəşli” yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı, “Ümid” yatağının 1 saylı və “Bulla” yatağının 6 saylı dərin dəniz stasionar özüllərində qazma işləri aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]