İQTİSADİYYAT
“HOREX Caucasus 2013” sərgisi biznesin inkişafı və yeni səmərəli əlaqələrin qurulması baxımından nadir iş meydançasıdır
Bakı, 6 aprel (AZƏRTAC). Bizim yeni məhsullarımız, həm də Türkiyə, Almaniya, ABŞ, İtaliya və digər ölkələrin təsdiq olunmuş brend məhsulları ziyarətçilərin marağına səbəb olmuşdur.
“HOREX Caucasus 2013” VII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgilərinin iştirakçısı, Türkiyənin “Kayalar” şirkətinin layihə direktoru Orxan Orucov AZƏRTAC-a bildirmişdir ki, biz bugünkü sərgidə peşəkar mətbəx avadanlıqlarını təqdim edən “Kayalar” şirkətinin Azərbaycandakı distribütoruyuq. Stendimizdə nə qədər çox eksponatın olmasında diqqət yetirin. Necə deyərlər, bizdə ən tələbkar sifarişçinin istənilən zövqünə uyğun məhsullar vardır.
Şirkətimiz çoxfunksiyalı və avtomatik yuyulan isitmə-qızdırma sobaları, 100 litr tutuma malik tavalar, makaron və kartof üçün qrillər, bar avadanlığı, elektrik və qaz plitələri, pitsa sobaları, buz generatorları və mini barlar, habelə qabyuyan maşınlar və tərəvəzlərin doğranılması üçün avadanlıqlar istehsal edir. Bütün bu məhsullar öz alıcılarını gözləyir. Bu sərgi bizim üçün biznesin inkişafı və yeni səmərəli əlaqələrin qurulması baxımından nadir iş meydançasıdır.