İQTİSADİYYAT
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Zərdabda iki uşaq bağçası-körpələr evi tikilir
Zərdab, 24 iyul (AZƏRTAC). Heydər Əliyev Fondunun təşəbbüsü ilə Zərdabda iki uşaq bağçası-körpələr evinin inşasına başlanılıb.
Rayon icra hakimiyyətinin tikinti və memarlıq şöbəsindən AZƏRTAC-a bildiriblər ki, uşaq bağçası-körpələr evinin biri şəhərin yeni salınmış “32 hektar” adlanan ərazisində, digəri isə Azərbaycan küçəsində inşa olunur.
Hazırda hər iki binada hörgü işləri görülür. Tikinti yerli inşaatçılar tərəfindən aparılır. Müasir arxitektura üslubunda inşa edilən binalarda balacaların təlim-tərbiyəsi üçün bütün lazımi şərait olacaq.
Hər iki binanın ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]