CƏMİYYƏT
Hicran Hüseynova: Beynəlxalq təcrübəyə əsasən ailə məhkəmələrinin yaradılması müsbət nəticələr verir
Bakı, 18 aprel, AZӘRTAC
Beynəlxalq təcrübəyə əsasən ailə məhkəmələrinin yaradılması müsbət nəticələr verir. Azərbaycanda belə mexanizmin yaradılması mövcud olan müəyyən çətinliklərin aradan qaldırılmasına kömək edə bilər.
AZӘRTAC xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova məlumat verib.
Komitə sədri qeyd edib ki, qadın və uşaq hüquqları daha da gücləndirilməlidir. Bu sahədə məhkəmə qərarlarının və onların icrası xüsusi əhəmiyyət kəsb edir. Təcrübə göstərir ki, nikahın pozulması nəticəsində qadının əmək hüququ, uşağın valideyn himayəsinə verilməsi, həmçinin valideynlərin uşaqla ünsiyyət hüququ və aliment öhdəliyinin yerinə yetirilməsi ilə bağlı məhkəmə qərarlarının icrasında problemlər mövcuddur. Bu sahədə qadın və uşaq hüquqları üzrə spesifik təlimlərin keçirilməsinə ehtiyac var.