CƏMİYYƏT


Horadizdə bələdiyyə nümayəndələri üçün seminar keçirilib

A+ A

Bakı, 31 avqust, AZƏRTAC 

Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə şöbəsinin təşkilatçılığı ilə avqustun 31-də Füzuli rayonunun Horadiz şəhərində bələdiyyə nümayəndələri üçün seminar keçirilib.

Seminarda çıxış edən İmişli regional ədliyyə şöbəsinin rəisi Hakim Məmmədov bələdiyyələrin inkişafı ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər, nazirliyin Bələdiyyələrlə İş Mərkəzinin və regional ədliyyə şöbələrinin bələdiyyə üzvlərinin və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi və fəaliyyətlərinə inzibati nəzarət sahəsində gördüyü işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.

İmişli regional ədliyyə şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Hakim Məmmədov daha sonra torpaq qanunvericiliyinin pozulması hallarına qarşı mübarizənin gücləndirilməsi məqsədilə Cinayət və İnzibati Xətalar məcəllələrinə əlavə olunmuş məsuliyyəti artıran yeni normaların tətbiqi, bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluq, yerli vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri mövzularında seminar iştirakçılarına ətraflı məlumat verib.

Sonra İmişli regional ədliyyə şöbəsinin əməkdaşı Ruslan İsmayılov “Vətəndaşların müraciətləri haqqında” Qanunda yeniliklər və tələblər, bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili; (“Dövlət və bələdiyyə orqanlarında, dövlət və bələdiyyə mülkiyyətində olan və ya payların (səhmlərin) nəzarət zərfi dövlətə və bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”) mövzularında seminar iştirakçılarına ətraflı məlumat verib.

Sonda İmişli regional ədliyyə şöbəsinin əməkdaşları iştirakçıların suallarını cavablandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.