DÜNYA


İŞID qruplaşması Türkiyə ordusuna məxsus tankı vurub

A+ A

İstanbul, 9 sentyabr, AZƏRTAC 

Suriyanın Tell El Hava bölgəsində Türkiyə Silahlı Qüvvələrinə məxsus tank İŞID terrorçuları tərəfindən vurulub.

Rəsmi məlumata görə, sentyabrın 9-da günorta saatları bu bölgədə terrorçularla döyüşlərdə Türkiyə ordusunun 3 əsgəri şəhid olub, bir hərbçi yaralanıb. Aparılan antiterror əməliyyatları nəticəsində terrorçuların məskunlaşdığı 4 sığınacaq tamamilə dağıdılıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.