İQTİSADİYYAT
“İTERA” ŞİRKƏTİ 2003-CÜ İLİN 8 AYI ƏRZİNDƏ AZƏRBAYCANA 2,6 MİLYARD KUBMETR QAZ GÖNDƏRMİŞDİR
“İtera” Beynəlxalq Şirkətlər Qrupu cari ilin yanvar-avqust aylarında Azərbaycana 2,6 milyard kubmetr qaz göndərmişdir ki, bu da ötən ilin müvafiq dövründəki qədərdir. Bu barədə AZƏRTAC-ın müxbirinə ARDNŞ-dən məlumat vermişlər.
Avqust ayında iyul ayındakı 228 milyon kubmetrə qarşı 311,8 milyon kubmetr qaz nəql edilmişdir. Yanvar-avqust aylarında Azərbaycana göndərilən qazın gündəlik həcmi 10 milyon kubmetr olmuşdur. Tərəflərin razılığına görə, qış dövründə “İtera” Azərbaycana göndərilən qazın gündəlik həcmini, orta hesabla, 15-17 milyon kubmetr artıracaqdır. Ümumən, bu il “İtera”nın Azərbaycana ixrac etdiyi qazın həcmi 4 milyard kubmetr olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [14:49]
BP-də çalışan azərbaycanlı işçilərin sayı artıb
- 10.05.2024 [13:17]
BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə xərcləri azalıb
- 10.05.2024 [13:14]
Cənubi Qafqaz Boru Kəmərinə bu il çəkilən xərclərin həcmi açıqlanıb
- 10.05.2024 [12:55]
BTC vasitəsilə 568 milyon ton xam neft nəql edilib
- 10.05.2024 [12:54]
Britaniya iqtisadiyyatında geriləmə dayanıb
- 10.05.2024 [12:43]
“Şahdəniz” yatağından 7 milyard kubmetr qaz hasil edilib
- 10.05.2024 [12:32]