MƏDƏNİYYƏT


IV Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində Devid Pərrişin “ustad dərsi” dinlənilib

A+ A

Bakı, 9 noyabr, A.İsmayılova, AZƏRTAC

Mədəniyyət və Turizm Nazirliyinin, Teatr Xadimləri İttifaqının, Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə “Multikulturalizm və teatr” mövzusunda Bakıda keçirilən IV Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində noyabrın 9-da Azərbaycan Dövlət Musiqili Teatrında “ustad dərsi” təşkil olunub.

AZƏRTAC xəbər verir ki, “ustad dərsi”ni ingiltərəli teatrşünas, məsləhətçi və təlimçi Devid Pərriş keçib.

D.Pərrişin “Yaradıcılıq və biznes: teatr üçün yeni imkanlar” mövzusunda seminar-məruzəsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. O, mühazirəsində bizneslə yaradıcılığın teatrda paralel şəkildə inkişaf etdirilməsi yollarından danışıb.

Sonda dinləyicilərin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.