İQTİSADİYYAT


İctimaiyyətlə əlaqələr üzrə mütəxəssislər təlimdə iştirak ediblər

A+ A

Bakı, 4 oktyabr, AZƏRTAC

"Excelsior Hotel & Spa Baku" hotelinin dəstəyi, "Baku School of PR" şirkətinin və "Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyası" İctimai Birliyinin (APRA) təşkilatçılığı ilə ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər üçün "Böhrandan əvvəl PR və kommunikasiya" mövzusunda növbəti təlim keçirilib.

"AtaHolding" ASC-dən AZƏRTAC-a bildiriblər ki, təlim ABŞ-ın nüfuzlu "University of Maryland"ın məzunu, "PreMark" PR və media konsaltinq şirkətinin rəhbəri Azər Nəzərov tərəfindən aparılıb.

"Excelsior Hotel & Spa Baku" hotelinin baş meneceri Turhan Poyraz bildirib ki, hotel Azərbaycanda PR sahəsinin inkişafına daim öz töhfəsini verir. PR mütəxəssislərin təcrübə mübadiləsinə, bu sahədə oxuyan tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlərə dəstək olur.

APRA-nın həmtəsisçisi və "Baku School of PR" şirkətinin rəhbəri, "Veysəloğlu" şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlham Məmmədov ölkədə ictimaiyyətlə əlaqələr sahəsinin inkişafı istiqamətində öz töhfəsini verəcək bu kimi təlimlərin mütəmadi olaraq keçiriləcəyini və gələcəkdə təlimlərə beynəlxalq PR təşkilatlarından da mütəxəssislərin cəlb ediləcəyini deyib.

Təlimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət), "AtaHolding", Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, "Bakı Metropoliteni" QSC, Mərkəzi Bank, Azərbaycan Dövlət İqtisad Universiteti, "UniBank", "Veysəloğlu", "BEST Solution", "HED Academy" və digər dövlət və kommersiya təşkilatlarının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.