CƏMİYYƏT


İki ən yaxşı tələbə-jurnalist təhsilini Londonda davam edəcək

A+ A

Bakı, 23 avqust, AZƏRTAC

“Azercell Telekom” MMC-nin Kaspi Təhsil Mərkəzi ilə birgə 2016-cı il üzrə jurnalistlər üçün təşkil etdiyi ingilis dili kursları artıq yekunlaşıb. Hazırda Kaspi Təhsil Mərkəzi tərəfindən kurslarda iştirak edən jurnalistlərin bilik səviyyələri müəyyənləşdirilir. Bununla bərabər, Londona səfər edəcək 2 ən güclü tələbənin seçimlərinə də başlanılıb. Hər il olduğu kimi, bu il də imtahanlarda yüksək nəticələr göstərən 2 jurnalist-tələbə müəyyən olunacaq və onlar Böyük Britaniyada ingilis dilinin təkmilləşdirilməsi kursuna göndəriləcəklər.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, bu layihə çərçivəsində 6 ay ərzində mətbuat nümayəndələri bir neçə səviyyədən ibarət ingilis dili proqramı üzrə tədris keçiblər. Altmışa yaxın jurnalistin qatıldığı kursların uğurlu tədrisi sayəsində onlar ingilis dilinin qrammatikası, danışıq və yazı bacarıqlarına yiyələniblər. Kursların məqsədi azərbaycanlı jurnalistlərin ingilis dilini öyrənməsinə kömək etmək, onların ingilisdilli mənbələrdən sərbəst istifadəsinə yardımçı olmaqdır.

“Azercell” şirkəti jurnalistlər üçün xarici dil kurslarını artıq 6 ildir ki təşkil edir. Bu günədək 200-dən çox KİV nümayəndəsi ixtisaslaşmış xarici dil kurslarında iştirak edib. Bununla da, KİV nümayəndələrinin inkişafına yönələn bu layihə ilə “Azercell” şirkəti onların peşəkar bacarıqlarının artırılmasına və beynəlxalq əlaqələrinin qurulmasına dəstək olur.

“Azercell” şirkətinin təşkil etdiyi ingilis dili kurslarına növbəti qeydiyyat barədə mətbuat nümayəndələrinə əlavə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.