DÜNYA


İkinci Dünya müharibəsi zamanı itmiş təyyarə Sakit okeanda tapılıb

Bakı, 24 may, AZƏRTAC 

Yetmiş il bundan əvvəl, İkinci Dünya müharibəsi zamanı itmiş təyyarə Papua-Yeni Qvineyada, Sakit okeanda aşkar edilib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, alimlər “B-25” adlanan bu təyyarənin 1942-ci ildə bombalama, nəzarətetmə, informasiya toplama kimi funksiyaları yerinə yetirdiyini bildiriblər.

1942-1945-ci illər arasında müharibədə ölən əsgərlər, o cümlədən baş verənlər haqqında heç bir məlumat yox idi, yalnız bu kimi qurğular sayəsində informasiya əldə etmək olardı. Lakin müharibənin bitməsinə yaxın həmin köməkçi qurğular ya itmiş, ya da məhv edilmişdi.

ABŞ-da “BentProp” təşkilatının üzvləri, həmçinin Kaliforniya, San-Dieqo və Delaver universitetlərinin alimləri bir komanda halında birləşərək itmiş təyyarə haqqında məlumat toplaya biliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.