Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İkinci Qlobal Açıq Cəmiyyətlər Forumu işini sessiyalarla davam etdirmişdir VİDEO

Bakı, 29 aprel (AZƏRTAC). Aprelin 29-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun birgə təşkilatçılığı, Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumu öz işini sessiyalarla davam etdirmişdir.

AZƏRTAC xəbər verir ki, “Davamlı inkişaf prosesinin təmin edilməsi üçün yüksək səviyyəli idarəetmə və institusional çərçivəyə olan ehtiyac” mövzusunda IV sessiyada açıq cəmiyyətlərin siyasi çərçivədə qorunması məsələləri müzakirə edilmişdir. Sessiyada əsas diqqət beynəlxalq və yerli səviyyələrdə davamlı inkişaf məqsədlərinin yeni formasının həyata keçirilməsinin siyasi əsaslarına və liderlik qabiliyyətinin əhəmiyyətinə yönəldilmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov ölkəmizin dünyanın ən mürəkkəb regionlarından birində yerləşdiyini qeyd edərək demişdir: “Azərbaycanın keçdiyi inkişaf yolu bu gün burada qaldırılan sualların əksəriyyətinə cavab verir. Azərbaycan dünyada ikiqütblülük ləğv olunduqdan sonra özünün həm daxili, həm də xarici inkişafına görə ən uğurlu dövlətlərdən biridir. Azərbaycan yenə də irəli getməkdə və inkişaf etməkdə davam edir”.

İnkişaf üçün yalnız daxili təsisatlar deyil, beynəlxalq birliyin yaratdığı əlverişli mühit də mövcud olmalıdır deyən N.Məmmədov bildirmişdir: “Bu gün beynəlxalq aləmdə qaynar nöqtələrin sayı artmışdır. Lakin onların həlli istiqamətində hələ ki, uğurlu nəticə yoxdur. Azərbaycan 25 ildir müharibə şəraitində yaşayır. Avropa dövlətləri bu münaqişənin həll olunması üçün səy göstərməlidirlər. Bu münaqişə Azərbaycana problemlər yaradır. Lakin buna baxmayaraq, ölkəmiz sabit inkişaf yolundadır, yenə də irəli gedir”.

Novruz Məmmədov demişdir ki, Azərbaycan Avropa İttifaqı ilə bir çox sahələrdə, xüsusən də enerji sahəsində sıx əməkdaşlıq edir. Amma təəssüflər olsun ki, indiyədək nə ATƏT-in Minsk qrupu, nə də Avropa İttifaqı bu münaqişəyə ədalətli həll variantları təklif etməyib. Bizim yeganə məqsədimiz münaqişənin ədalətlə həll olunmasıdır.

Novruz Məmmədov bildirmişdir ki, gənc dövlət olan Azərbaycan demokratik inkişaf yolunu seçmiş və bu yolda Avropa dövlətlərini nümunə götürmüşdür. Lakin ədalət prinsipi olmasa, demokratiya tam ola bilməz.

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili qeyd etmişdir ki, təsisatların səmərə verməsi üçün cəmiyyətdə dəyişikliklər olmalı, insanlar həyata keçirilən islahatların faydasına inanmalıdırlar. Bunu insanlara əyani şəkildə nümayiş etdirmək, onların təhsilə, nemətlərə çıxışını asanlaşdırmaq lazımdır.

Azərbaycanın və Gürcüstanın regionda xüsusi rol oynadıqlarını qeyd edən M.Saakaşvili demişdir: “Azərbaycan ilə birgə atdığımız addımlar bizi böyük dəyişikliklərə ruhlandırdı. Bir vaxtlar Gürcüstan enerji uçurumunda idi. Azərbaycan ölkəmizə dəstək olaraq bizə enerji verdi. Məhz belə qonşuluq həm ölkə daxilində, həm də ölkələr arasında inkişafa təkan verə bilər”.

Yəmənin sabiq Baş naziri Abdul-Karim Al-Eryani ölkəsində gedən proseslərdən danışaraq davamlı inkişaf üçün milli dialoqun vacib olduğunu demişdir. Yalnız təhlükəsizlik olan yerdə inkişafın mümkünlüyünü qeyd edən sabiq Baş nazir demişdir: “Cəmiyyətlərə ədalət lazımdır. İnsanlarla ünsiyyət onların rifahını təmin etməkdə səmərəli üsul olmalıdır. Qanunun aliliyi təmin edilməlidir ki, təsisatlar normal işləsin”.

Xorvatiyanın keçmiş dövlət başçısı Stefan Mesiç çıxış edərək demişdir: “Demokratiyaya o vaxt nail ola bilərik ki, cəmiyyətlərdə sabitlik mövcud olsun. Təəssüf ki, indi dünyanın bir çox yerlərində insanlar münaqişələrdən əziyyət çəkirlər. Biz bu forumda apardığımız müzakirələrdə açıq cəmiyyətlər məsələsindən danışırıq. Açıq cəmiyyətlərin qurulması indi bütün dövrlərdəkindən daha aktualdır”.

Sabiq Prezident qeyd etmişdir ki, hər bir ölkənin özünəməxsus inkişaf modeli vardır. Bu da daxili təsisatların necə qurulmasından asılıdır. Stefan Mesiç hesab edir ki, sərhədlərin açıq olması daxili təsisatların inkişafına müsbət təsir edir.

X X X

Almaniyanın “Bertelsman Stiftung” Fondunun layihə meneceri Sabina Donnerin moderatorluğu ilə keçirilən V sessiyada “Davamlı inkişafın ölçüsü və sosial inteqrasiya. Yeni davamlı inkişaf məqsədlərinə nail olma istiqamətində fərdi məlumatların yaratdığı problem” mövzusunda geniş müzakirələr aparılmışdır.

Latın Amerikasında müşahidə olunan hadisələrlə bağlı fikirlərini bölüşən Boliviyanın sabiq Prezidenti Xorxe Qouiroqa bu regionun bəzi ölkələrində sosial siyasət prinsipinin həyata keçirildiyini qeyd etmişdir.

X.Qouiroqa icmalar arasında münasibətlərdə dinin oynadığı roldan danışmış, ölkəsinin bu sahədə təcrübəsini bölüşmüşdür. Müstəqilliyin bərpasından sonra ölkəsində bütün dinlərə sərbəst şəraitin yaradıldığını bildirən sabiq Prezident Boliviya Konstitusiyasında bunun üçün hüquqi təminatların əksini tapdığını diqqətə çatdırmışdır.

BMT-nin insan hüquqları ilə bağlı hesabatına toxunan Boliviyanın sabiq Prezidenti ölkəsinin xarici siyasətində inkişafın müşahidə olunduğunu, Çin ilə əməkdaşlıq nəticəsində ticarət dövriyyəsinin nəzərəçarpacaq dərəcədə artdığını söyləmişdir. Sabiq Prezident neft və qaz sektorundan əldə edilən gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinin düzgün şəkildə aparılmasının vacibliyini diqqətə çatdırmışdır.

Dünya Bankının sosial inkişaf şöbəsinin sosial inteqrasiya üzrə qrup rəhbəri xanım Maitreyi Das qarşıya qoyulan məqsədlərə çatmaq üçün həmrəyliyin vacibliyini qeyd etmişdir. Şəffaflıq vasitəsilə korrupsiyanın qarşısının alına biləcəyinin mümkünlüyünə toxunan Maitreyi Das rifah, sosial inkluzivliklə bağlı fikirlərini bölüşmüşdür.

Bəzi anlaşılmazlıqların zaman və reallıq anlayışının fərqliliyindən irəli gəldiyini deyən M.Das vəziyyəti dəyişmək üçün zəruri tədbirlərdən danışmışdır. İnkişaf üçün sabitliyin yaradılmasının vacibliyini vurğulayan qonaq bu məsələdə birgə fəaliyyətin önəmini qeyd etmişdir. Demokratiyanın vacib tərkib hissələrindən birinin insanların səsvermə hüququnun təmin edilməsi olduğunu söyləyən M.Das hər bir dövlətin siyasi liderinin doğru qərar qəbul etməklə demokratiyanı düzgün istiqamətləndirə biləcəyini vurğulamışdır.

Bosniya və Herseqovinanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Zlatko Lagumdziya münaqişələrdən sonra formalaşan cəmiyyətlərdə əsas parametrlərdən birinin ədalət olduğunu vurğulamışdır. Azərbaycanda olduğu kimi, ölkəsində də bütün dinlərin nümayəndələrinə bərabər imkanların yaradıldığını diqqətə çatdıran Z.Lagumdziya mənfi hadisələrin baş verməsinin qarşısını almaqla hər bir cəmiyyətin sistemin düzgün qurulmasına müəyyən töhfə verə biləcəyinin mümkünlüyünə toxunmuşdur. Xocalı və Serebrenitsa hadisələrinin hər iki xalqın başına gətirilən dəhşətli müsibət olduğunu bildirən Z.Lagumdziya artıq açıq cəmiyyətlərdə bu cür faciələrin qarşısının alınmasının mümkünlüyünü qeyd etmişdir.

Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanov bu mötəbər tədbirin təşkilatçılarına təşəkkür edərək Forumun mühüm məsələlərin müzakirə olunması üçün əlverişli imkanlar yaratdığını bildirmişdir. Sessiyanın mövzusunun günümüzün aktual tələblərini əks etdirən məsələ olduğunu vurğulayan P.Stoyanov müasir cəmiyyətlərin, mədəniyyətlərin, dinlərin bir-biri ilə qarşılıqlı münasibətlər şəraitində yaşamasının vacibliyindən danışmışdır. Bunun üçün biz bir-birimizi başa düşməyi öyrənməliyik. Çünki yalnız bu halda dinlərarası, mədəniyyətlərarası əməkdaşlığa nail ola bilərik. Sabiq Prezident, həmçinin Avropa İttifaqı ilə proqramların qəbul edildiyini, bununla da inkişafın müəyyən dərəcədə təmin olunduğunu vurğulamışdır.

Albaniyanın sabiq Prezidenti Bamir Topi çıxışında ölkəsində də müxtəlifliyin mövcudluğunu qeyd etmişdir. Belə forumların Azərbaycanın beynəlxalq əməkdaşlıq və mötəbər tədbirlərə ev sahibliyi etmək istiqamətində təcrübəsinin daha da zənginləşməsinə imkan yaratdığını deyən B.Topi demokratiya olmadan sülhün, sabitliyin təmin edilməsinin, iqtisadiyyatın inkişafının mümkünsüzlüyünü bildirmişdir. Müasir sivilizasiyaların qədim ticarətin əsasında formalaşdığını qeyd edən sabiq

Prezident ölkəsində hökumətin digər dini icmaların nümayəndələrinə diqqət və qayğı ilə yanaşdığını da vurğulamışdır.

Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılmışdır.

X X X

Forum çərçivəsində sonuncu sessiya “İrəliyə doğru hərəkət. Post-2015 prosesində sosial inteqrasiyanı irəli aparmaq və onun milli səviyyədə həyata keçirilməsinə dəstək vermək üçün BMT-yə təklif və tövsiyələr irəli sürmək” mövzusuna həsr edilmişdir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi idarə heyətinin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldinin moderatoru olduğu bu sessiyanın məqsədi Forum çərçivəsində keçirilmiş sessiyaların yekun və təkliflərinin Post-2015 Davamlı İnkişaf Proqramının əsas qərar qəbul edən şəxslərinin diqqətinə daha səmərəli çatdırılması üçün strategiya qurmaqdır.

Roma Klubunun həmsədri Ernst fon Vaytszeker çıxış edərək bildirmişdir ki, dünyada baş verən münaqişələrdən xalqlar əziyyət çəkir. Bütün bu münaqişələrdən belə bir nəticə çıxmışdır ki, birgə səylərlə bu ədavətlərə son qoyulmasının vaxtıdır. Bu Forumda müzakirə olunan mövzularda dünya ictimaiyyətinin gələcək həyatı, dayanıqlı iqtisadiyyata nail olmaq istiqamətində çox vacib məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. O vurğulamışdır ki, daha gözəl bir cəmiyyətin qurulması üçün ətraf mühitin mühafizəsi də çox vacib məsələdir. İnsan öz fəaliyyəti ilə ətraf mühitə təsir göstərir. Dünya əhalisi gələcək fəsadları nəzərə almadan ətraf mühitdən yararlanır. Lakin insanlar təbii ehtiyatlardan istifadə edərkən daha qənaətcil olmalıdır. Ölkələr beynəlxalq təbii sərvətlər xəritəsini tərtib edə bilər. Bütün insanları maraqlandırmalıdır ki, Yer kürəsində olan məhdud təbii ehtiyatlardan necə istifadə etməliyik ki, bütün dünyanın tələblərinə cavab verilsin.

Madrid Klubunun baş katibi Karlos Vesterdorp vurğulamışdır ki, Forumda aparılmış müzakirələr cəmiyyətin inkişafına yönəlmişdir. Bu cəmiyyətə nail olmaq üçün siyasət sahəsində hansı zəruri tədbirlərin görülməsi məsələsi əsas diqqət mərkəzində olmuşdur. K.Vesterdorp Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlıqdan danışaraq birgə çox mühüm layihələrin reallaşdırıldığını demişdir. O bildirmişdir ki, Forum müddətində, gənclərlə iş, təhsil sahəsinə diqqətin artırılması, qadınların cəmiyyətdə rolunun genişləndirilməsi, dayanıqlı iqtisadi inkişafa nail olunması, açıq cəmiyyət konsepsiyasının münaqişələrin həllində oynayacağı rol və digər mühüm mövzular müzakirə olunmuşdur. Bütün bu müzakirələr gələcəkdə öz nəticəsini verməlidir.

Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və Madrid Klubunun prezidenti Vayra Vike-Freyberqa İkinci Qlobal Açıq Cəmiyyətlər Forumunun reallaşmasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə əməkdaşlığını yüksək qiymətləndirmişdir. Sabiq Prezident Bakıda bu mötəbər tədbirin keçirilməsinə şərait yaradıldığına görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirmişdir. O, qeyd etmişdir ki, Forumda müzakirə edilmiş mövzulardan bu nəticə hasil olmuşdur ki, biz bütün dünya ictimaiyyəti qarşısında məsuliyyət daşıyırıq və dünya əhalisini narahat edən məsələləri birgə səylərlə həll etməyə, daha gözəl bir dünya üçün çalışmalıyıq. Bütün dünya ölkələrinin əlində bu imkan var ki, biz gələcəyimizi birgə müəyyən edək.

Sessiyada vurğulanmışdır ki, əgər daha ideal bir cəmiyyət istəyiriksə, açıq cəmiyyət konsepsiyasını diqqətdə saxlamalı, dünyada daha təkmil bir inkişaf prosesi yaratmalıyıq.

 

İkinci Qlobal Açıq Cəmiyyətlər Forumu işini sessiyalarla davam etdirmişdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib