CƏMİYYƏT


İlk dəfə səs verəcək gənclər üçün maarifləndirici seminar təşkil olunub

A+ A

Bakı, 22 sentyabr, AZƏRTAC

Qaradağ rayonunda Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı sentyabrın 26-da keçiriləcək referenduma hazırlıq məqsədilə seçkilərdə ilk dəfə səs verəcək gənclərlə maarifləndirici seminar təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov seminarda çıxış edərək gənclərimizin, xüsusilə seçkilərdə ilk dəfə səs verəcək gənclərin daha geniş maarifləndirilməsi, daha çox biliklərə yiyələnməsi, öz hüquq və vəzifələrini mükəmməl bilmələrinin vacibliyini vurğulayıb. Bildirilib ki, hər bir gənc demokratiyanın meyarı olan seçkilərin mahiyyətini dərk etməli, cəmiyyətdəki rolunun əhəmiyyətini bilməli və özünü bir fərd kimi təsdiqləməlidir.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov ölkə gənclərinin ictimai-siyasi həyatda əhəmiyyətli rolundan danışıb, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər barədə məlumat verib.

Mərkəzi Seçki Komissiyasının Beynəlxalq Əlaqələr Şöbəsinin sektor müdiri Ramin Nurəliyev, Mərkəzi Seçki Komissiyasının təşkilat şöbəsinin məsul əməkdaşı Faiq Bəşirli və 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairə seçki komissiyasının sədri Qəşəm Əhmədzadə gəncləri səsvermə proseduru barədə məlumatlandırıblar.

İlk dəfə səs verəcək gənclər adından çıxış edən Vəzifə Əhmədova gəncləri referendumda fəal iştirak etməyə çağırıb.

Sonda bir qrup gənc və əsgərlər fəxri fərmanlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.