CƏMİYYƏT


İmişli regional ədliyyə idarəsi bələdiyyə nümayəndələri üçün seminar təşkil edib

Bakı, 10 fevral, AZƏRTAC

Fevralın 10-da Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə İmişlidə bələdiyyə nümayəndələri üçün seminar keçirilib.

Bu barədə AZƏRTAC-a İmişli regional ədliyyə idarəsindən məlumat verilib.

Seminarda çıxış edən İmişli regional ədliyyə idarəsinin rəisi Hakim Məmmədov bələdiyyələrin inkişafı ilə bağlı Ədliyyə Nazirliyinin həyata keçirdiyi tədbirlər, nazirliyin Bələdiyyələrlə İş Mərkəzi və regional ədliyyə idarələri tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi və fəaliyyətlərinə inzibati nəzarət sahəsində görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.

İmişli regional ədliyyə idarəsinin əməkdaşları İlkin Savalan və Ruslan İsmayılov “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Qanundan irəli gələn vəzifələr, “Vətəndaşların müraciətləri haqqında” Qanununda yeniliklər və tələblər, bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili, yerli vergilərin və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri, bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi mövzularında seminar iştirakçılarına ətraflı məlumat veriblər.

İdarənin əməkdaşları seminar iştirakçılarının suallarını cavablandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.