MƏDƏNİYYƏT
İncəsənət Muzeyində azyaşlı istedadların əl işləri nümayiş olunur
Bakı, 13 iyun, AZƏRTAC
Azərbaycan Milli İncəsənət Muzeyində azyaşlı istedadların sərgisi açılıb. Sərgidə Alyona Bandurinanın Rəssamlıq Məktəbi şagirdlərinin qrafika, rəngkarlıq, şüşə üzərində rəsmlər və gəlinciklərdən ibarət işləri nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, sərginin açılışında çıxış edən Alyona Bandurina Azərbaycanda çoxsaylı istedadlı uşaqların olmasından qürur duyduğunu dilə gətirib. Bildirib ki, rəhbərlik etdiyi Rəssamlıq Məktəbi 2010-cu ildə yaradılıb. Məktəbin yetirmələri arasında Rusiya, Gürcüstan, ABŞ, Peru, Kolumbiya, Qazaxıstan və digər ölkələrin vətəndaşları var. Məktəbin məzunları təhsillərini incəsənət üzrə aparıcı təhsil ocaqlarında davam etdirirlər.
Sərgi iyunun 15-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [16:39]
“Dantenin yubileyi” növbəti dəfə səhnədə
- 04.05.2024 [13:21]
Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO
- 04.05.2024 [13:07]
Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub
- 04.05.2024 [11:22]