İQTİSADİYYAT


İnşaat işləri üçün nəzərdə tutulan vəsaitin 28,2 faizindən istifadə edilib

Bakı, 31 iyul, AZƏRTAC 

Məhsul istehsalı və xidmət obyektlərinin, yaşayış evlərinin, ümumtəhsil məktəblərinin, xəstəxanaların və digər obyektlərin bərpa edilməsi məqsədilə 2017-ci ildə dövlət büdcəsində inşaat işlərinin maliyyələşdirilməsi üçün 2 milyard 731, 3 milyon manat dəyərində vəsait nəzərdə tutulub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, cari ilin yanvar-iyun aylarında həmin vəsaitin 771,5 milyon manatından və ya 28,2 faizindən istifadə edilib.

İnşası həyata keçirilən tikili və obyektlər üzrə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə yönəldilmiş vəsait istifadə edilmiş ümumi vəsaitin 83,7 faizini təşkil edərək 645,6 milyon manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.