CƏMİYYƏT
“İnterfaks” agentliyi 25 illik yubileyini qeyd edir
Moskva, 23 sentyabr (AZƏRTAC). Sentyabrın 23-də Rusiyanın “İnterfaks” informasiya agentliyi 25 illik yubileyini qeyd edir. Bu münasibətlə agentliyin kollektivini Prezident Vladimir Putin və Baş nazir Dmitri Medvedev də təbrik ediblər.
“İnterfaks” agentliyi 1989-cu ildə Sovet İttifaqında beynəlxalq standartlara cavab verən ilk informasiya agentliyi kimi fəaliyyətə başlayıb. Xəbərlərin ötürülməsi üçün o zamanlar qabaqcıl texnologiya sayılan telefakslardan istifadə olunurdu. Elə agentliyin adı da buradan götürülüb. Artıq ötən əsrin 90-cı illərində agentlik informasiya qrupuna çevrilib və maliyyə, neft, qaz, metallurgiya bazarı, reytinq agentliyi və digər bölmələr yaradılıb.
2003-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə agentliyin “İnterfaks-Azərbaycan” bölməsi yaradılıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva