CƏMİYYƏT


İordaniyada 9-cu Beynəlxalq Xüsusi Əməliyyatlar Qüvvələri sərgisi və konfransı keçirilir

Bakı, 7 may (AzərTAc). İordaniyanın paytaxtı Əmman şəhərində 9-cu Beynəlxalq Xüsusi Əməliyyatlar Qüvvələri sərgisi və konfransı (SOFEX-2012) işə başlamışdır.
AzərTAc xəbər verir ki, mayın 10-dək davam edəcək tədbirdə yüksək vəzifəli dövlət və hökumət üzvləri, hərbiçilər sərgidə nümayiş etdirilən platformalara baxacaq, müdafiə sənayesində ən son texnologiyalarla tanış olacaqlar.
Tədbir Xüsusi Əməliyyatlar Komandirləri konfransı ilə başlamışdır. Mayın 8-də isə açılacaq sərgidə isə Yaxın Şərqdə hələ misli görünməmiş yeni texnologiyalar nümayiş etdiriləcəkdir.
Konfrans və sərgidə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndə heyəti də iştirak edir.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.