DÜNYA


İordaniyada iki amerikalı hərbçi öldürülüb

A+ A

Bakı, 4 noyabr, AZƏRTAC

İordaniyada yerləşən hərbi bazada atışma nəticəsində iki amerikalı təlimçi öldürülüb.

AZƏRTAC Petra informasiya agentliyinə istinadla xəbər verir ki, insident Əl-Cafr yaşayış məntəqəsi yaxınlığında yerləşən hərbi hava bazasında baş verib.

ABŞ hərbçiləri hərbi obyektin mühafizəçilərinin dayanmaq tələbinə məhəl qoymayaraq avtomobillə bazanın ərazisinə daxil olmağa cəhd göstəriblər. Bundan sonra tərəflər arasında baş verən atışmada iki amerikalı hərbçi həlak olub, biri isə yaralanıb. Hadisə zamanı, həmçinin iordaniyalı zabit də xəsarət alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.