Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib

İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib

Bakı, 25 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir.

İqtisadiyyat naziri, kollegiyanın sədri Şahin Mustafayev vurğulayıb ki, Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti 2017-ci ilin iqtisadi inkişaf ili olduğunu, dünyada təhlükəli meyillərin gücləndiyi bir dövrdə Azərbaycanın uğurla inkişaf etdiyini, sabitliyin möhkəmləndiyini qeyd edib.

2017-ci ilin birinci yarısında qeyri-neft sənayesində məhsul istehsalı 4,4 faiz, kənd təsərrüfatı 2,2 faiz, ümumilikdə ixrac 36 faiz, o cümlədən qeyri-neft ixracı 27 faiz artıb, müsbət saldo 1,9 milyard ABŞ dolları təşkil edib. Bu dövrdə ölkə iqtisadiyyatına 5 milyard ABŞ dolları həcmində investisiya yatırılıb, valyuta ehtiyatlarımız artaraq 40,6 milyard ABŞ dolları təşkil edib.

Kollegiyanın sədri Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının Prezidentinin sosial-iqtisadi sahədə görülmüş işləri müsbət qiymətləndirdiyini, qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirdiyini diqqətə çatdırıb. Belə ki, dövlət başçısı maliyyə və iqtisadi sabitliyin davamlılığının təmin edilməsi, rayonlarda sənaye zonalarının yaradılması, Dövlət İnvestisiya Proqramının tam icra olunması, daha çox sərmayələrin cəlb edilməsi, rayonlara cəlb edilən özəl sərmayələr barədə məlumatların dövlət başçısına təqdim edilməsi, süni qiymət artımına yol verilməməsi, taxılçılıqda məhsuldarlığın artırılması, aşağı məhsuldarlığı olan rayonlar üzrə təhlillərin aparılması, pambıq, kartof, şəkər çuğunduru, soya, çəltik, çay, fındıq istehsalının artırılması, baramaçılığın, tütünçülüyün, zeytunçuluğun, heyvandarlığın inkişafı, süd və ət məhsulları ilə özünütəminat səviyyəsinin yüksəldilməsi, ixracın coğrafiyasının genişləndirilməsi, Azərbaycan məhsullarının Avropa İttifaqı ölkələrinin bazarlarına çıxarılması, ixracı azalan məhsullar üzrə araşdırmaların aparılması və s. tapşırıqlar verib.

Kollegiya iclasında dövlət başçısının tapşırıqlarının icrası istiqamətində İqtisadiyyat Nazirliyi tərəfindən görülən işlər, həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məruzələr dinlənilib.

Məlumat verilib ki, bu ilin birinci yarımilliyində tikinti materialları, kağız və karton, tekstil, rezin və plastmas məmulatlarının, qida məhsullarının istehsalı və s. sahələrdə müasir texnologiyalara əsaslanan, rəqabətqabiliyyətli və ixracyönümlü onlarla sənaye müəssisəsi fəaliyyətə başlayıb.

Dövlət başçısının uğurlu sənayeləşmə siyasətinə uyğun olaraq, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənayenin inkişafına yeni təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə sənaye parkları və sənaye zonalarının yaradılması davam etdirilir. Artıq ölkəmizdə Sumqayıt Kimya Sənaye, Balaxanı, Qaradağ, Mingəçevir və Pirallahı sənaye parkları yaradılıb. Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyalarının həcmi 1,2 milyard dollar təşkil edən 10 müəssisəyə rezident statusu verilib. 2013-cü ildə fəaliyyətə başlamış və 760 nəfərdən çox işçinın çalışdığı "Azertexnolayn" zavodunda təkcə bu ilin 6 ayı ərzində 65 milyon manatlıq məhsul istehsal olunub.

Sənaye Parkında bu il daha 5 müəssisə, 2018-ci ildə isə 3 müəssisə fəaliyyətə başlayacaq. Bu müəssisələrdə 900-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur.

"Yaşıl iqtisadiyyat"ın, təkrar emal sənayesinin inkişafında əhəmiyyətli rola malik olan Balaxanı Sənaye Parkında 23 milyon manat investisiya yatırmaqla tullantıların təkrar emalı üzrə 5 müəssisə fəaliyyətə başlamağa hazırdır və bu müəssisələrdə 400-ə yaxın yeni iş yeri yaradılıb.

Gəmiqayırma sahəsində ixtisaslaşmış Qaradağ Sənaye Parkında Bakı Gəmiqayırma Zavodu fəaliyyət göstərir və zavodda yüksək yükgötürmə qabiliyyətinə malik tanker, dəniz təchizat gəmisi və digər təyinatlı gəmilərin istehsalı həyata keçirilir. Artıq Bakı Gəmiqayırma Zavodunda onlarla gəmi tikilərək istifadəyə verilib, 60-dan çox gəmi təmiri işləri həyata keçirilib. Hazırda müəssisə tərəfindən BP şirkətinin sifarişi ilə dəyəri 378 milyon ABŞ dolları olan "Xankəndi" sualtı tikinti gəmisinin və 2 ədəd "Ro-pax" tipli gəmi bərənin inşası işləri davam etdirilir.

Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən ayaqqabı, tibbi kosmetika, iplik, boyama, toxuma, tikiş və corab istehsalı üzrə 9 fabrikin yaradılması və 5 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulur. Artıq Sənaye Parkının rezidenti "Mingəçevir Tekstil" MMC 2 növdə ipliklərin istehsalı fabrikinin tikintisinə başlayıb. Dəyəri 46 milyon ABŞ dolları olan layihə çərçivəsində 550 yeni iş yerinin yaradılması və fabrikin 2017-ci ilin sonlarında istismara verilməsi nəzərdə tutulur.

Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində həyata keçirilən mühüm tədbirlərdən biri də ölkəmiz üçün yeni sənaye sahəsi olan əczaçılıq məhsulları istehsalının yaradılmasıdır. Bu məqsədlə Pirallahı Sənaye Parkında artıq 2 dərman zavodunun təməli qoyulub. Dəyəri 4 milyon ABŞ dolları olan və birdəfəlik şprislərin istehsalını nəzərdə tutan "Diamed Co" zavodunun tikintisinə isə yaxın zamanlarda başlanılacaq və müəssisə 2018-ci ilin birinci yarısında istismara veriləcək. Ümumilikdə, bu müəssisələrdə 350-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur.

Bunlarla yanaşı, hazırda Türkiyənin, Birləşmiş Ərəb Əmirliklərinin, Yaponiyanın və Koreya Respublikasının aparıcı şirkətləri ilə əczaçılıq məhsullarının birgə istehsalının təşkilinə dair danışıqlar aparılır.

Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsi baxımından sənaye zonalarının yaradılması böyük əhəmiyyət kəsb edir. Belə ki, Neftçala Sənaye Zonasında 3 müəssisə artıq fəaliyyətə başlayıb, daha 6 müəssisənin isə bu il fəaliyyətə başlaması nəzərdə tutulur.

Masallı Sənaye Zonasına sahibkarlar tərəfindən böyük maraq göstərilir və artıq onlar tərəfindən dəyəri 33 milyon manatdan çox olan 33 layihə təqdim olunub. Sənaye zonasının layihələndirmə işləri tamamlanıb və bu yaxınlarda infrastrukturunun yaradılması işlərinə başlanılacaq.

Hazırda Ağdam, Ağstafa, Qazax və digər rayonlarda da sənaye zonalarının yaradılması imkanları araşdırılır.

Ənənəvi sənaye sahələrindən olan xalçaçılığın inkişafı məqsədilə "Azərxalça" ASC tərəfindən 10 rayonda xalça müəssisələrinin tikintisinə başlanıb və artıq Füzuli rayonunun Horadiz qəsəbəsində xalça müəssisəsi fəaliyyət göstərir. Şəmkir rayonunda isə bu cür müəssisə artıq fəaliyyətə başlamağa hazırdır. 8 müəssisənin tikintisi isə bu il başa çatdırılacaq. Bu müəssisələr işə başladıqdan sonra ümumilikdə 1600 yeni iş yerinin açılması təmin ediləcək.

Xalça istehsalı üçün etibarlı xammal bazasının yaradılması, habelə ixrac potensialının artırılması məqsədilə yunun tədarükü sistemi yaradılır. Artıq 4 rayonda yun tədarükü məntəqəsinin təşkili istiqamətində iş aparılır. Bundan başqa, "Azərxalça" ASC tərəfindən əyirici-boyaq müəssisəsinin tikintisi davam etdirilir.

Kollegiya iclasında vurğulanıb ki, Prezident İlham Əliyev tərəfindən böyük ixrac potensialına və ölkəyə valyuta gətirmək imkanına malik olan ənənəvi sahələrin inkişaf etdirilməsi, pambıq sahələrinin genişləndirilməsi, heyvandarlıq, baramaçılıq, üzümçülük, tütünçülük, zeytunçuluq, fındıqçılıq, çayçılıq və digər sahələrin inkişafı məqsədilə qarşıya mühüm vəzifələr qoyulub. Bu tapşırıqların icrası üçün sahibkarlara güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, əkin sahələri genişləndirilir, mütəmadi olaraq istehsalçılarla görüşlər təşkil edilir, qarşıya çıxan məsələlər operativ həllini tapır. Bununla yanaşı, dövlət başçısının tapşırığına əsasən, suvarma işlərinin maksimum dərəcədə yüksək səviyyədə aparılması üçün layihələr həyata keçirilir. Bu məqsədlə Dövlət İnvestisiya Proqramına uyğun olaraq, müvafiq vəsaitlər ayrılıb.

Kollegiya iclasında qeyd olunub ki, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılması davam etdirilir. Əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinın tapşırığına uyğun olaraq, 20 rayon ərazisində 44 min hektar sahədə 32 iri fermer təsərrüfatı yaradılıb. Dəyəri 193 milyon manat olan bu iri fermer təsərrüfatlarının yaradılmasına 70.5 milyon manat güzəştli kredit verilib. Bu təsərrüfatlarda məhsuldarlıq arpa və buğda üzrə hər hektardan 60, qarğıdalıda 120, soyada isə 35 sentnerədək təşkil edir.

Hazırda qabaqcıl texnologiyalara əsaslanan istehsal və emal sahələrinin qurulması, infrastrukturun təkmilləşdirilməsi, eyni zamanda, yeni aqroparkların yaradılması istiqamətində işlər davam etdirilir. Xaçmaz rayonunda Yalama aqroparkında 1-ci mərhələ üzrə işlər başa çatdırılıb və Şəmkir aqroparkında 1-ci mərhələ üzrə işlər davam etdirilir.

Bundan əlavə, Samux, Goranboy, Ağcabədi, Şabran, Salyan, Şamaxı, Füzuli, Cəlilabad və İsmayıllı rayonlarında da aqroparklar yaradılır. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 207 milyon manat olan bu aqroparkların yaradılmasına 76,1 milyon manat güzəştli kredit verilib. Hazırda 157,6 min hektar ərazidə 38 aqroparkın, o cümlədən 12 rayonda 37,3 min hektar ərazidə 14 müasir cins heyvandarlıq kompleksinin (yem bazası ilə birlikdə) və 17 rayonda 120,3 min hektar ərazidə 24 iri taxılçılıq təsərrüfatının yaradılması təşviq olunur. Bu tədbirlər regionlarda ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalının artmasına, sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə səbəb olacaq.

Kollegiya iclasında, həmçinin 2017-ci ilin birinci yarımilində biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafı, özəl sektora dövlət dəstəyinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanunun tətbiqindən sonrakı 20 ay ərzində vergi yoxlamaları istisna olmaqla sahibkarlıq subyektlərində cəmi 96 yoxlama, o cümlədən 2017-ci ilin 6 ayı ərzində 26 yoxlama keçirilib.

Özəl sektora uzunmüddətli və əlverişli şərtlərlə maliyyə dəstəyinin göstərilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2017-ci ilin birinci yarımili ərzində 690 sahibkara 63,3 milyon manat güzəştli kredit verilib və bu investisiya layihələrinin reallaşdırılması 2300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Bu dövrdə verilmiş güzəştli kreditlərin 65 faizi respublikanın regionlarının, 35 faizi isə Bakı qəsəbələrinin payına düşür. İndiyədək isə 33,5 mindən çox sahibkarın ümumi investisiya dəyəri 4 milyard manatdan çox olan investisiya layihələrinin maliyyələşdirilməsinə 2 milyard manatdan çox güzəştli kredit verilib. 2017-ci ildə yalnız geri qaytarılan vəsaitlər hesabına 150 milyon manatadək güzəştli kreditin verilməsi nəzərdə tutulur.

Kollegiya iclasında bildirilib ki, Azərbaycanda investisiya təşviqi mexaniziminin uğurla həyata keçirilməsi nəticəsində indiyədək verilmiş 173 investisiya təşviqi sənədi üzrə 1,6 milyard manatlıq investisiya qoyuluşu nəzərdə tutulur. Bu layihələrin reallaşdırılması nəticəsində 11 mindən çox yeni iş yeri açılacaq. Ümumilikdə təqdim edilmiş sənədlərin 37 faizi kənd təsərrüfatını, 63 faizi isə sənaye sahələrini əhatə edir.

İnvestisiya təşviqi sənədi almış 83 müəssisə artıq fəaliyyət göstərir, digərləri isə 2018-ci ilin sonuna qədər fəaliyyətə başlayacaq.

İclasda vurğulanıb ki, dövlət başçısının müəyyənləşdirdiyi mühüm vəzifələrdən biri də qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, ixrac məhsullarının çeşidinin və həcminin artırılması, eləcə də ixrac coğrafiyasının genişləndirilməsidir.

İndiyədək bu sahədə görülən işlər barədə məlumat verilərək qeyd edilib ki, "Made in Azerbaijan" brendinin təşviqi ilə bağlı Honqkonq da daxil olmaqla Çinə, Birləşmiş Ərəb Əmirliklərinə, Almaniyaya, Əfqanıstana, Pakistana, Qətərə, Qazaxıstana 8 ixrac missiyası həyata keçirilib. İxrac missiyalarının nəticəsi olaraq, çay və narın Almaniyaya, nar şirəsinin İsveçə ixracı, Qətərdə park mebelinin təşviqi, distribusiyası və satışına dair müqavilə imzalanıb, Əfqanıstana quru süd, mebel və süd məhsullarının, nar şirəsi, qənnadı məhsulları, fitinq və polietilen borular, metal konstruksiyaları və digər tikinti materiallarının, Qətərə ət, nar şirəsi və Naftalan neftindən kosmetoloji və tibbi məhsullarının ixracı, Qazaxıstana kosmetoloji və tibbi məhsullar və meyvənin ixracına dair ilkin razılaşmalar əldə edilib, Pakistana mebel, pambıq çiyidi, nar, şokolad məhsulları, konservləşdirilmiş pomidor, göbələk üzrə sifarişlər qəbul olunub. Bununla yanaşı, Pakistanda tikiləcək 71 kilometr qaz boru kəmərinin layihəsi üçün tenderdə (boruların təchizatı) Azərbaycan və Pakistan şirkətlərinin birgə iştirakı barədə ilkin razılaşmalar əldə edilib.

Qeyd edək ki, indiyədək təşkil edilmiş ixrac missiyalarının nəticəsi olaraq Çinə şərab, Birləşmiş Ərəb Əmirliklərinə, Səudiyyə Ərəbistanına, Oman və Malayziyaya alma və nar şirəsi, Qazaxıstana sənaye boyası ixrac olunub.

Hazırda Astanada Azərbaycan şərab ticarət evinin yaradılması barədə Qazaxıstandakı azərbaycanlı iş adamları ilə danışıqlar aparılır.

Azərbaycan şirkətlərinin vahid ölkə stendi ilə iştirakı məqsədilə görülmüş işlərin nəticəsi olaraq, Dubayda keçirilən "Gulfood" beynəlxalq ərzaq sərgisində "Made in Azerbaijan" vahid ölkə stendində 24 şirkətin məhsulları sərgilənib, Dubaya diri qoyun və ət ixracına dair 2 müqavilə imzalanıb, İspaniyaya fındıq ixracı üzrə sifariş qəbul edilib.

Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən iri marketlər şəbəkəsi ilə Azərbaycan məhsullarının satışı ilə bağlı razılaşmalar, eləcə də Küveytə meyvə-tərəvəz və nar şirəsinin, Misir, Əfqanıstan və Səudiyyə Ərəbistana fındıq, Dubaya çay, bal və quru süd, Səudiyyə Ərəbistanına ət ixracına dair ilkin razılaşmalar əldə olunub. Bu ilin martında Almaniyanın Düsseldorf şəhərində keçirilən "Prowein" beynəlxalq şərab sərgisində "Made in Azerbaijan" vahid ölkə stendi ilə 9 şirkətin iştirakı təmin olunub, Azərbaycan şərablarının Litvaya və növbəti mərhələlərdə digər Baltikyanı ölkələrə ixracı barədə razılıq əldə edilib.

Bazar araşdırmaları ilə bağlı müraciətlərin qəbulu davam edir və onların qiymətləndirilməsi ilə bağlı müsabiqə komissiyasının avqust ayının sonunda keçirilməsi nəzərdə tutulur.

Sahibkarlara ixrac etdikləri qeyri-neft məhsullarının gömrük dəyərinin 3 faizdən 6 faizədək hissəsi büdcə vəsaitləri hesabına təşviq verilir. Bu çərçivədə ixrac təşviqinin ödənilməsi davam etdirilmiş, qeyri-neft məhsulları ixracatçılarına 2016-cı ildə 2,3 milyon dollar həcmində ixrac qarşılığında 200,4 min manat, 2017-ci ilin ilk 6 ayında isə 13,9 milyon dollar həcmində ixraca uyğun olaraq, 1,312 milyon manat olmaqla ümumilikdə indiyədək 1,5 milyon manat ödənib. İxrac təşviqindən istifadə edən ixracatçılar məhsullarını əsasən Rusiya, ABŞ, Çin, Belarus, Gürcüstan, Ukrayna, Latviya, Almaniya, Türkiyə, Polşa, Qazaxıstan, İraq, Yunanıstan, Malayziya, Kanada, Moldova, Rumıniya və Fransa bazarlarına ixrac etmişlər. 2017-ci ildə ödənilən ixrac təşviqinin 70,2 faizi üzüm şərabları və digər spirtli içkilər, 14,6 faizi konserv məhsulları, şirələr, mürəbbələr və s. təşkil edir. Bununla yanaşı, sahibkarlardan daxil olmuş müraciətlər və aparılmış təhlillər nəzərə alınmaqla təşviqin ödənilməsi mexanizminin təkmilləşdirilməsi, bir sıra məhsulların ixrac təşviqi ödənilən məhsulların siyahısına daxil edilməsi istiqamətində işlər aparılır.

Bunlarla yanaşı, ixrac bazarlarında ölkəmizin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi üçün Rusiya Federasiyası, Çin Xalq Respublikası, Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndələri təyin edilib. Azərbaycanın ixracyönümlü məhsullarının xarici bazarlarda təşviqi məqsədilə Belarusda Azərbaycan Ticarət Evi açılıb, Ukraynada bu istiqamətdə işlər davam etdirilir.

Nazirliyin kollegiya iclasında Azərbaycan məhsullarının təbliği üçün xarici KİV-də reklamların yerləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Qeyd edilib ki, Azərbaycan şirələri barədə videoçarxın hazırlanması ilə bağlı işlər başa çatmaq üzrədir. Bundan başqa, "Azərbaycan meyvə və tərəvəzləri" ilə bağlı videoçarxın hazırlanmasına başlanılıb. Videoçarxın sentyabr və oktyabr aylarında Rusiyanın bir sıra aparıcı federal televiziya kanallarında yerləşdirilməsi nəzərdə tutulur.

Xarici ölkələrdə fəaliyyət göstərən mağazalarda və "Duty Free" mağazalarında "Made in Azerbaijan" brendinin təşviqi istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Rusiyanın ən böyük pərakəndə satış şəbəkəsi ilə danışıqlara başlanıb. Bununla yanaşı, Moskva, Kiyev, Minsk, İstanbul, Frankfurt və digər şəhərlərin hava limanlarındakı “Duty Free” mağazalarında məhsulların yerləşdirilməsi ilə bağlı müzakirələr aparılır.

SOCAR-ın xarici ölkələrdəki yanacaq doldurma məntəqələrində Azərbaycan mənşəli məhsulların satışının təşkil edilməsi məqsədilə "Made in Azerbaijan" rəflərinin yerləşdirilməsi ilə bağlı işlər görülür.

"Made in Azerbaijan" brendinin AZAL şirkəti vasitəsilə təşviq edilməsi ilə bağlı işlər davam etdirilir.

İxraca dəstəklə bağlı digər tədbirlər olaraq, 2017-ci ilin birinci yarımilliyi ərzində AZPROMO tərəfindən 110 ixrac və investisiya yönümlü tədbir keçirilib, İxracatçılar Klubunun və onun komitələrinin 10-dək iclası təşkil olunub, 125-dən çox şirkətə ixrac xidmətləri göstərilib, 15 şirkət üçün "Go Export" seminarı təşkil edilib, "Export.az" ixrac portalı istifadəyə verilib. Ölkədə arıçılar, şərab, nar, meyvə-tərəvəz, fındıq və tekstil ixracatçıları və istehsalçıları, qablaşdırma sənayesi, mebel istehsalçıları assosiasiyaları fəaliyyətə başlayıb. İclasda assosiasiyalarla əlaqələrin daha da gücləndirilməsi, həmçinin tütünçülük üzrə assosiasiyanın yaradılmasına lazımi dəstək göstərilməsi barədə nazirliyin aidiyyəti qurumlarına tapşırıq verilib.

Kollegiya iclasında vurğulanıb ki, Azərbaycanın tranzit potensialının reallaşdırılması Prezident İlham Əliyevin iqtisadiyyatı şaxələndirmək siyasətində mühüm yer tutur. Bununla əlaqədar ölkəmizin tranzit imkanlarının genişləndirilməsi istiqamətində önəmli işlər görülüb. Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən görülmüş işlər, iritonnajlı yük avtomobillərinin keçid prosedurlarının sadələşdirilməsi, gediş-gəliş xərclərinin təqribən 40 faizədək aşağı salınması nəticəsində 2017-ci ilin yanvar-iyun aylarında ölkəmizin ərazisindən 16 minə yaxın yük avtomobili keçib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,5 dəfə çoxdur. Ümumiyyətlə, 2017-ci ilin yanvar-iyun aylarında ölkə ərazisindən ümumilikdə 5,5 milyon ton yük daşınıb. Yüklərin 4,4 milyonu (80 faiz) neft və neft məhsullarının, 1,1 milyonu isə (20 faiz) qeyri-neft məhsullarının payına düşür. Ötən ilin analoji dövrü ilə müqayisədə neft və neft məhsullarının daşınmasında 23 faiz, qeyri-neft məhsullarında isə 36 faiz artım müşahidə olunur.

Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı işlər davam etdirilir.

Kollegiyanın sədri Şahin Mustafayev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarımili ərzində sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının çıxışından irəli gələn və İqtisadiyyat Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib, bu vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.

Kollegiya iclasında Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə təltif edilmiş İqtisadiyyat Nazirliyinin əməkdaşlarına medallar və onların vəsiqələri təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ulu Öndər Heydər Əliyevin andan olmasının 101-ci ildönümü Parisdə qeyd edilib

CAR-da binanın çökməsi nəticəsində ölənlərin sayı 14-ə çatıb

Lorin Malmödə müvəqqəti butik açır

Latın Amerikası rekord temperatur və təbii fəlakətlərdən əziyyət çəkir

Qız voleybolçuların muxtar respublika birinciliyində qalib bəlli olub

İmtahanda ən yüksək nəticəni Laçın rayonundan olan şagird göstərib

Rumıniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Qahirə Hüseynova: insanlarda Ulu Öndərin onları çətinliklərdən xilas edəcəyinə inam vardı

Latviyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dəyirmi masa keçirilib

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “FEST101” festivalı keçirilib

Prezident İlham Əliyev Laçında kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib YENİLƏNİB

Rustavidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb YENİLƏNİB

Azərbaycan Basketbol Liqası: "Sabah" "Xırdalan"a qalib gələrək finala yüksəlib

Xətai rayonunda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konsert keçirilib

İraqda Ulu Öndərin xatirəsi anılıb

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş  YENİLƏNİB-2 VİDEO

Gürcüstanın azərbaycandilli məktəblərində “Ulu Öndərin Ömür Yolu” adlı inşa müsabiqəsi keçirilib

YAP-ın təşkilatçılığı ilə “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirilib

Ümummilli Liderin anadan olmasının ildönümü ilə əlaqədar Serbiyada tədbir təşkil edilib

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

COP29-un prezidenti Pakistanda COMSATS-in baş qərargahında olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlim keçiriləcək

Pakistanın Baş naziri COP29-a dəvət olunub VİDEO

Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNİB

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq  YENİLƏNİB

UNESCO-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB

Ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir

Azərbaycanda “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına start verilib

Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb VİDEO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nyu-Yorkda şahmat turniri keçirilib

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir

DTX-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 344 min xidmət göstərilib

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən dəyirmi masa

Vitali Jakot: Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır

Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uruqvay mətbuatı Azərbaycan xalqının Ümummilli Liderindən yazıb

ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə görüş olub

AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb

Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq

Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNİB

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Şamaxıda da qeyd edilib

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“AzerGold” və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarada yeni inşa olunan körpü istifadəyə verilib VİDEO

Medianın İnkişafı Agentliyində Ulu Öndərin anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir keçirilib, Ümummilli Liderin məzarı ziyarət edilib

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy”nin növbəti kənd təsərrüfatı təlimləri keçirilib

Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb VİDEO

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO

BŞTİ-nin sektor müdiri: Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

İmişli sakinləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar

Yekaterinburqda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib

® “AccessBank” Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr üzrə təkrar müsahibədə kimlər iştirak edə bilər?

Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq

Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim

Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik

Prezidentdən xəbərdarlıq: Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin

Prezident: Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması, delimitasiya, demarkasiyanın şərtlərimiz əsasında aparılması növbəti zəfərimizdir VİDEO