SİYASƏT
İran mediası AzərTAc-ın Baş direktorunun məqaləsini fars dilində yayıb VİDEO
Tehran, 24 fevral, AZƏRTAC
İran İslam Respublikasının “Dəniz” qəzetində və “dəniznews.ir” saytında AZƏRTAC-ın Baş direktoru Aslan Aslanovun məqaləsi fars dilinə tərcümə edilərək yayılıb. Məqalədə AZƏRTAC-ın keçdiyi tarixi inkişaf yolundan və bugünkü fəaliyyətindən bəhs edilir.
Diqqətə çatdırılır ki, bu günlərdə 95 illik yubileyini qeyd edəcək AZƏRTAC hazırda 7 dildə informasiya yayır və dünyanın nüfuzlu xəbər agentliyinə çevrilib. Agentliyin belə bir yüksək səviyyəyə gəlib çatması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu öndərin diqqət və qayğısı sayəsində müstəqilliyin ilk dövrlərindən başlayaraq Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı üçün geniş imkanlar yaradılıb.
Məqalədə bildirilir ki, mühüm geosiyasi nöqtədə yerləşən Azərbaycan Şərq ilə Qərb arasında körpü rolunu oynayır. Bu amil onun qlobal siyasətdəki əhəmiyyətini artırır.
Materialı fars dilində aşağıdakı linkdən oxumaq olar:
http://www.daniznews.ir/index.php?option=com_content&view=article&id=2203:azertagaz&catid=26:team
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran