CƏMİYYƏT


İranın Azərbaycandakı səfiri ilə Müdafiə Sənayesi Nazirliyində görüş keçirilib

A+ A

Bakı, 8 sentyabr, AZƏRTAC

Sentyabrın 8-də müdafiə sənayesi naziri Yavər Camalov İranın Azərbaycandakı səfiri Möhsün Pakayin ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Y.Camalov Azərbaycan ilə İran arasındakı ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Nazir iki ölkə arasında bir çox sahələri əhatə edən mövcud əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Söhbət zamanı səfirə nazirliyin fəaliyyəti ilə bağlı məlumat verilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə İranın Azərbaycana yeni təyin olunmuş hərbi attaşesi, polkovnik Əli Seyfi də iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.