MƏDƏNİYYƏT


İranlı rejissor Musiqili Teatrda

A+ A

Bakı, 17 noyabr, AZƏRTAC

İran İslam Respublikasının Bəndərabbas Teatrının yaradıcısı və rəhbəri, İranda maraqlı tamaşaların müəllifi kimi tanınan rejissor Ebrahim Poştkohi Azərbaycan Dövlət Musiqili Teatrında olub.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, E.Poştkohi və onu müşayiət edən İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin mədəniyyət mərkəzinin rəhbəri İbrahim İbrahimi teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayevlə görüşüb.

Musiqili Teatrın inzibati binası ilə tanış olan qonaq deyib: “Sizin teatrın binası, burada yaradılmış şərait adama nağıllar aləmini xatırladır. Tam səmimi deyirəm, teatrınızda yaradıcılıqla məşğul olmaq üçün lazım olduğundan da artıq imkanlar var”.

İbrahim İbrahimi yüksək səviyyəli qəbula görə teatr rəhbərliyinə təşəkkürünü bildirərək iki ölkə arasında mədəni əlaqələrin getdikcə daha da sürətlə inkişaf etdiyini söyləyib. Bildirib ki, bu cür görüşlər və qarşılıqlı əməkdaşlıq iki ölkə arasındakı mədəni əlaqələrin inkişafında xüsusi rol oynayır və bu qəbildən olan görüşlərin müntəzəm keçirilməsinin çox böyük əhəmiyyəti var.

Sonra qonaqlar “Min bir gecə” nağıllarının motivləri və dahi bəstəkar, SSRİ Xalq Artisti Fikrət Əmirovun ölməz musiqiləri əsasında böyüklər üçün hazırlanan “999-cu gecə” nağıl-tamaşasını izləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.