MƏDƏNİYYƏT


İsmayıl Saryalın ömür yolu - “Bakı rüzgarı”

Bakı, 20 iyun, AZƏRTAC

İyunun 20-də Bakı Yunus Əmrə İnstitutunda Azərbaycan Xalq Cümhuriyyəti dövründə xaricə göndərilən 100 tələbədən biri olan Mir İsmayıl Saryalın “Bakı rüzgarı” kitabının təqdimatı keçirilib. Təqdimat Bakı Yunus Əmrə İnstitutu, Səməd Vurğunun ev-muzeyi və “Xan” nəşriyyatının birgə təşkilatçılığı ilə reallaşıb.

AZƏRTAC xəbər ki, təqdimatda Bakı Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım, Səməd Vurğunun ev-muzeyinin direktoru Nüşabə Vəkilova, Mir İsmayıl Saryalın nəvəsi Nilgün Saryal, Milli Məclisin deputatı Qənirə Paşayeva, AMEA-nın Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Bədirxan Əhmədov, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, “Xan” nəşriyyatının rəhbəri Şəmil Sadiq, tədqiqatçı Ceyhun Nəbiyev, Əməkdar Jurnalist Qərənfil Xəlilova çıxış edərək kitab haqqında fikirlərini bildiriblər.

Diqqətə çatdırılıb ki, Mir İsmayıl Seyidzadə 1918-ci ildə Azərbaycan hökumətinin Avropaya təhsil almağa göndərdiyi yüz gəncdən biri idi. “Bakı rüzgarı” onun uşaqlıqdan gənclik dövrünə kimi keçdiyi ömür yolunun kitabıdır. Kitabı oxuduqca, o dövrün qaynar, dramatik tarixi hadisələrinə bürünən xatirələr göz önündə canlanır. Bilmədiyimiz bir çox tarixi hadisədən, xüsusilə 1910-1930-cu illər arasında Azərbaycandakı istiqlal mübarizəsindən, 1917-ci il bolşevik inqilabının xalqları necə bir-birinə qatdığından, qanlı terror yuvası yaratdığından bəhs edən bu dəyərli əsər Azərbaycanda ilk dəfə nəşr olunur.

Bildirilib ki, kitab Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə hədiyyədir.

Kitabı türk dilindən dilimizə Nəriman Əbdülrəhmanlı uyğunlaşdırıb. “Ön söz”ün müəllifi Nüşabə Vəkilovadır.

Qeyd edək ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, bir çox ziyalılar, ədəbiyyatçılar iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.