REGİONLAR


İsmayıllıda “Multikulturalist Azərbaycan” layihəsinə start verilib VİDEO

A+ A

İsmayıllı, 25 iyul, AZƏRTAC

İRƏLİ İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə İsmayıllıda “Multikulturalist Azərbaycan” layihəsinə start verib.

AZƏRTAC xəbər verir ki, layihənin açılışı mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov İsmayıllı rayonu barədə ətraflı məlumat verib, Azərbaycanda, o cümlədən bölgədə hökm sürən tolerant və multikultural dəyərlərdən danışıb.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, İRƏLİ İctimai Birliyinin sədri Mirhəsən Seyidov layihənin əhəmiyyətindən, Azərbaycanda multikultural dəyərlərin təbliğindəki rolundan söz açıblar.

Altı gün davam edəcək “Multikulturalist Azərbaycan” layihəsində əsas məqsəd gəncləri maarifləndirmək, Azərbaycanın müxtəlif regionlarında yaşayan etnik azlıqların nümayəndələrini, eyni zamanda, ölkəmizdə təhsil alan xarici ölkələrin gənclərini bir araya toplamaqla onlar arasında mədəni dialoq yaratmaq, gənclərdə tolerantlıq, humanizm prinsiplərini formalaşdırmaqdır. Multikultural dəyərlərin aşılanması, vətəndaş cəmiyyətinin düzgün istiqamətə yönləndirilməsi ilə demokratik mühiti inkişaf etdirmək, dünya mədəniyyətinə inteqrasiyanı sürətləndirmək, inteqrasiya fonunda Azərbaycan mədəniyyətinin dünya miqyasında tanınmasına nail olmaqla milli mənəvi dəyərlərimizin, mədəniyyət və tarixi abidələrimizin mənfur düşmənlərdən qorunması xüsusi diqqət mərkəzində olacaq.

800-dən artıq gəncin müraciət etdiyi “Multikulturalist Azərbaycan” layihəsində 120 nəfər - Azərbaycanın ayrı-ayrı regionlarında yaşayan gənclər və müxtəlif millətlərin, o cümlədən türk, pakistan, qırğız, əfqanıstan, kamerun gəncləri iştirak edirlər. Layihə çərçivəsində müxtəlif tədbirlər həyata keçiriləcək. İştirakçılar komandalar halında yarışacaqlar.

Açılış mərasiminin sonunda iştirakçılar xatirə şəkli çəkdiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.