CƏMİYYƏT
İsmayıllıda sərnişin avtobusu qəzaya uğrayıb
Bakı, 30 avqust, AZƏRTAC
Avqustun 29-da İsmayıllı rayonu ərazisində “Hyundai” markalı sərnişin avtobusu aşıb.
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində avtobusda olan sərnişinlərdən üçü xəsarət alıb. Yaralılara xəstəxanada tibbi yardım göstərilib.
İlkin məlumata görə, avtobusda olan sərnişinlər arasında ərəb turistlər də olub. Hadisəyə sürücünün idarəetməni itirməsinin səbəb olduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha müraciət edərək yollarda təhlükəsizliyi təmin etməyə və diqqətli olmağa çağırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]