İDMAN
İspaniya Futbol Federasiyasının prezidenti həbs edilib VİDEO
Bakı, 18 iyul, AZƏRTAC
İspaniya Futbol Federasiyasının prezidenti Anhel Mariya Vilyar və oğlu bu gün həbs edilib.
AZƏRTAC “tribuna.com” saytına istinadla xəbər verir ki, 67 yaşlı məmur korrupsiyaya qarşı mübarizə əməliyyatı nəticəsində həbs olunub. Federasiyanın bir neçə digər əməkdaşı, o cümlədən iqtisadiyyat məsələləri üzrə ekspert Xuan Padron da həbs edilib. Onlar qeyri-qanuni inzibatçılıq, israfçılıq, korrupsiya və saxta sənədlər hazırlanmasında ittiham olunurlar.
2015-ci ildə Vilyar FIFA və UEFA ətrafında başlayan korrupsiya qalmaqalına cəlb edilmişdi. Həmin vaxt FIFA-nın Etika Komitəsi FIFA və UEFA-nın vitse-prezidenti olan Vilyarın 2018 və 2022-ci il Dünya çempionatlarına ev sahibləri seçimində korrupsiya ilə bağlı açıqlama verməməsini araşdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [17:17]
Andrey Lunyov: “Qarabağ”da qalıb-qalmayacağımı zaman göstərəcək
- 10.05.2024 [16:41]
Mariya Stadnik Olimpiya lisenziyasının bir addımlığında
- 10.05.2024 [16:25]
Teymur Rəcəbov beynəlxalq turnirə qatılacaq
- 10.05.2024 [14:43]
“Böyük Dəbilqə”: Azərbaycanın 4 cüdoçusu medal görüşünə çıxacaq
- 10.05.2024 [13:13]