DÜNYA


İspaniya hökuməti terrorizmlə mübarizədə beynəlxalq tribunalın yaradılmasını təklif edir

Madrid, 12 iyun, AZƏRTAC

İspaniyanın xarici işlər naziri Alfonso Dastis ölkəsinin beynəlxalq terrorizmlə və ekstermizmlə mübarizəyə dair təklifini səsləndirib. İspaniya hökuməti təklif edir ki, BMT-nin nəzarətində, terrorizm və aqressiv ekstremizmlə mübarizə məqsədi ilə beynəlxalq tribunal formalaşdırılsın.

A.Dastisin fikrincə, bu tribunal 1945-1946-cı illərdə fəaliyyət göstərmiş Nyurnberq tribunalı kimi fəaliyyət göstərərək insanlığa qarşı cinayətlər törətmiş terrorçuları mühakimə etməlidir.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.