Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

İsrail saytında yəhudi uşaqlarını xilas edən azərbaycanlı kəşfiyyatçı barədə məqalə dərc olunub

İsrail saytında yəhudi uşaqlarını xilas edən azərbaycanlı kəşfiyyatçı barədə məqalə dərc olunub

Arye Qut: Alman generalını əsir götürən və onlarla yəhudini ölümün pəncəsindən qurtaran Həmzə Sadıqovun qəhrəmanlığı layiqli qiymətini almalıdır

Bakı, 25 may, AZƏRTAC

Bu yaxınlarda BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak etmək üçün Azərbaycana səfər edərək, bir daha əmin oldum ki, qəhrəmanlarsız tarix olmur. Əgər xalqın qəhrəmanı yoxdursa, deməli, heç tarixi də yoxdur. Bakıda mən azərbaycanlı kəşfiyyatçının, “Sadıqaşvili” (Həmzə Cümşüd oğlu Sadıqov) təxəllüslü qəhrəmanın oğlu ilə tanış oldum. Həmzə Sadıqov sovet hərbi kəşfiyyatının tərkibində Stalinqrad ətrafında döyüşlərdə Hitlerin yaxın silahdaşı, qəddarlığı ilə seçilən və yəhudiləri şəxsən məhv edən general İohann Fon Roddenburqu əsir götürüb.

Bu barədə İsrailin “Zamanın çağırışları” informasiya-analitik portalında dərc edilən “Yəhudi uşaqları xilas edən Azərbaycan kəşfiyyatçısı” məqaləsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut yazıb.

Məqalə müəllifinin yazdığı kimi, məhz Azərbaycan kəşfiyyatçısının cəsarət və igidliyi sayəsində onlarla yəhudi ailəsi labüd ölümdən qurtulub. Bu şücaəti və qəhrəmanlığı ilə “Həmzə baba” ona minnətdar olan nəsillərin qəlbində cəsarət və ölümsüzlük abidəsi ucaldıb. Azərbaycan və yəhudi xalqları onun xatirəsini həmişə böyük minnətdarlıq və hörmətlə yad edəcəklər.

“SMERŞ polkovniki Abram Ratner şəxsi gündəliyində yazır: “Stalinqrad ətrafında döyüşlər zamanı “Sadıqaşvili” onlarla yəhudi ailəsini azad edib, onların arasında mənim də qohumum vardı. Bu barədə “NKVD-nin Xüsusi Hesabat”ında oxumuşam. Onu həmişə yəhudi uşaqların xilaskarı kimi xatırlayacağam”. SSRİ DTK-nın polkovniki Yakov Serebryanski şəxsi arxivində qeyd edir ki, yəhudi xalqının qəddar düşməni general-polkovnik fon Roddenburqun əsir alınması və hərbi tribunala təslim edilməsi mühüm hadisə idi. DTK polkovniki bu alman generalının əsir alındığını və yəhudi ailələrin isə Həmzə Sadıqovun cəsarət və qəhrəmanlıq sayəsində azad edildiyini eşidəndə çox sevinib.

SMERŞ-in yerli şöbəsinə ünvanlandığı məktubunda kapitan Şuvalov yazır ki, alman generalının əmri ilə xüsusi otaq yaradılmışdı və orada gücləndirilmiş mühafizə altında çoxlu yəhudi saxlanılırdı. Nasistlər yəhudiləri təhqir edir, alçaldır və güllələyirdilər. Yalnız bir məqsəd vardı: bütün yəhudi uşaqları məhv etmək. Lakin cəsarəti sayəsində Sadıqaşvili (Sadıqov) məhbusları zirzəmidən çıxardı, sonra ikinci mərtəbəyə qalxıb general fon Roddenburqu əsir götürdü.

Arxiv sənədlərində Tehran Konfransının təhlükəsizliyinə cavabdeh olan, kəşfiyyat polkovniki Vladimir Vertiporıxın imzaladığı maraqlı məlumatlar var. Vertiporıxın qeydlərindən: “1948-ci ildə İsrailə ezam olunmuşdum. Müharibənin başa çatmasından üç il keçsə də, İsrail mətbuatı itkin düşən və ya müharibədə həlak olan həmvətənlərini axtarmaqda davam edirdi. General fon Roddenburqun yəhudi ailələrə qarşı vəhşilikləri haqqında dəhşətli hekayətlər dərc olunurdu. Stalinqrad cəbhəsində yəhudi ailələrin azərbaycanlı xilaskarı kimi Cümşüd Həmzə oğlu Sadıqovun adı böyük hörmət və minnətdarlıq hissi ilə çəkilirdi”.

1943-cü il oktyabrın 4-də yüksək rütbəli zabitlərin iclasında çıxış edən general-mayor Tavartkiladze bildirmişdi ki, yəhudi ailələri amansızcasına məhv edən 76-cı diviziyanın komandanı general fon Roddenburqu şəxsən 25 alman əsgər və zabitini öldürərək və onlarla yəhudi uşağı labüd ölümdən xilas edərək 51-ci motoatıcı diviziyanın zabiti Həmzə Sadıqov əsir götürüb.

A.Qutun sözlərinə görə, uzun illər sovet kəşfiyyat və əks-kəşfiyyatında işləyən Mariya Fortus Həmzə Sadıqovu xatırlayaraq, onlarla yəhudi ailəni yəhudilərə patoloji nifrəti olan fon Roddenburqun əlindən qurtaran bu məşhur kəşfiyyatçı haqqında çox şey eşitdiyini bildirib. Maria Fortus deyib: “Bu Roddenburq öz qərargahı yanında onlarla əsir ailənin saxlanıldığı xüsusi “Ölüm sarayı” yaratmışdı. Biz bu cəsur qəhrəmanın - Həmzə Sadıqovun şərəfinə Volqoqradda abidə ucaldılmalıyıq”.

1949-cu il oktyabrın 2-də İsrailin “Maariv” qəzetində dərc edilən “Borc” məqaləsində jurnalist Yosef Feldman qeyd edir ki, Stalinqrad uğrunda döyüşlərdə azərbaycanlı Həmzə Sadıqov yəhudi uşaqları labüd ölümdən xilas edib. Yosef Feldman məqaləsində yazırdı: “1942-ci il İsrailin yeni tarixində əsas səhifələrdən biri olacaq və biz tarixçilərimizdən xahiş edirik ki, bu azərbaycanlı, uşaqlarımızı faşist əsirliyindən xilas edən igid döyüşçü, onun qəhrəmanlığı, ailələrimizə və uşaqlarımıza təmənnasız yardımı haqqında yazsınlar. 1942-ci il noyabrın 20-də polkovnik Həmzə Sadıqov “Yəhudi İttifaqı” yanındakı Əlaqələndirmə Komitəsinin nümayəndələrinə alman generalı fon Roddenburqun əsirliyindən xilas etdiyi onlarla yəhudi ailəni təhvil verib. Biz bu tarixi unutmamalıyıq”.

İsrailli ekspert vurğulayır: Ən təəssüfedici məqam budur ki, heç kim yəhudiləri soyuqqanlı şəkildə məhv edən ən bədnam və qəddar alman generalını azərbaycanlının əsir götürdüyünə inanmaq istəmirdi. Əfsus ki, sovet rəhbərliyi də buna inanmadı, Stalin isə məlumatlara tamamilə laqeyd münasibət nümayiş etdirdi. Ekspert yazır: “Yəhudi uşaqları xilas edən əfsanəvi azərbaycanlı kəşfiyyatçısının oğlu ilə görüşərkən, bu günə qədər Həmzə Cümşüd oğlu Sadıqovun, haqsız unudulan müharibə qəhrəmanının həyatının lazımi dərəcədə tədqiq edilmədiyi aydın oldu. Çox heyf ki, faşizmə qarşı vuruşan və yəhudi ailələri xilas edən igid Sadıqov Azərbaycanda çox az tanınır, halbuki Ermənistanda Dro və Njde kimi faşist generallar geniş miqyasda, pərəstiş səviyyəsində təbliğ olunur. Onların şərəfinə xatirə sikkələri zərb olunur, bədii və sənədli filmlər çəkilir, Ermənistanın paytaxtında isə bir meydana Qaregin Njdenin adı verilib”.

Arye Qutun fikrincə, bu pərəstiş bəzi marginal siyasi qruplaşmalar tərəfindən həyata keçirilmir, bu fəaliyyətin arxasında dövlət durur. “Bir halda ki Ermənistan Müdafiə Nazirliyi yanında Milli Strateji Tədqiqatlar İnstitutu 30 mindən çox yəhudini məhv edən faşist və antisemitin adını daşıyır, daha nə deyəsən? 1942-ci ilin dekabrında Dronun Himmlerin qəbulunda olduğunu bildirən avstriyalı tarixçisi Erik Fayql yazır: “Dronun heç bir vicdan əzabı çəkmədən qətlə yetirmək səriştəsi və təcrübəsi vardı. Bu, Himmlerdə çox böyük təəssürat yaradırdı”.

Rəsmi Moskva həmişə faşistlər və onların əlaltılarına bəraət verilməsi cəhdlərinə qarşı sərt çıxış edib. Lakin bu gün bir çox Rusiya KİV-lərinin və Rusiya mədəni məkanının bu faşistləri milli qəhrəmanlar kimi təqdim edən kanal olması çox böyük narahatlıq doğurur. İsrailin “Zamanın çağırışları” informasiya-analitik portalında Arye Qut yazır: “Literaturnaya qazeta”nın 2014-ci il 17 dekabr tarixli sayında dərc olunan Ermənistan Respublikasının Rusiyadakı səfiri ilə müsahibəni xatırlamaq kifayətdir. Səfir bu müsahibədə bildirib: “Xalqımızın görkəmli oğlu Qaregin Njde hesab edirdi ki, şəxsiyyətin, cəmiyyətin və dövlətin özünü təkmilləşdirməsi kimi mübarizə həyatın əsas qanunudur. Bu mübarizə ölkənin və xalqın tərəqqisinə sarsılmaz səydə əks olunur”.

İsrailli ekspert vurğulayır ki, Ermənistan prezidenti Serj Sarkisyan və müdafiə naziri Seyran Ohanyanın simasında erməni general Dronun varisləri XX əsrin sonunda Azərbaycanın Xocalı şəhərində kütləvi qanlı qırğın törədib. Serj Sarkisyanın yalnız bu sözlərini xatırlamaq kifayətdir: “Xocalıya qədər azərbaycanlılar düşünürdü ki, mülki əhaliyə əl qaldırmayacağıq, biz bu stereotipi sındırdıq”. Bu, real şəkildə sübut edir ki, Ermənistanda hakimiyyətdə olan Serj Sarkisyan və onun klanı Dro və Njdenin həqiqi və layiqli varisləridir. Xocalıda inanılmaz qəddarlıq və vəhşiliklə törədilən qanlı soyqırımı aktı XX əsrin sonunda həyata keçirilən ən dəhşətli faciələrdən biri oldu. Bu kütləvi qırğının qəddar və amansız səhnələri Azərbaycanın qəlbində sağalmaz yara kimi qalacaq. Bu artıq tarixi faktdır ki, Ermənistan silahlı qüvvələri və muzdlu dəstələri şəhəri tərk edə bilməyən Xocalı sakinlərindən heç birinə rəhm etməyib. Ermənistan hərbi birləşmələrinin vəhşilikləri nəticəsində 613 nəfər həlak olub, 487 nəfər xəsarət alıb, 1275 dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək misli görünməyən işgəncələrə, təhqir və həqarətə məruz qalıblar. Bu faciə bütün bəşəriyyətə qarşı cinayətdir”.

Arye Qut ümid edir ki, bu məsələlərlə məşğul olan alimlər və mütəxəssislər, gec də olsa, H.Sadıqovun döyüş yolu ilə maraqlanacaq və ona layiqli qiymət verəcəklər.

İsrailli ekspertin məqaləsində F.Sadıqov və R.Vəlizadənin “Stalinqrad döyüşünün unudulmuş qəhrəmanı” kitabındakı faktlardan istifadə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ulu Öndər Heydər Əliyevin unudulmaz xatirəsi AzMİU-da anılıb

Baş Prokurorluq Mehman Xəlilovun təqsirləndirildiyi cinayət iş üzrə mediada yayılan məlumatlara münasibət bildirib

XRİTDX Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünü qeyd edib

Ceyhun Bayramov: COP29 əməkdaşlıq üçün yeni platformadır

Nigeriyada naməlum silahlılar tələbələri girov götürüblər

DİN-in əməkdaşları Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini böyük ehtiramla anıblar

ETSN-in mətbuat katibi: Sabahdan “Təmiz ölkəm” şüarı ilə maarifləndirici təmizlik aksiyalarına başlanılır

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə xərcləri azalıb

Şotlandiyanın yeni birinci naziri: Beş il ərzində Şotlandiya müstəqil ola bilər

Cənubi Qafqaz Boru Kəmərinə bu il çəkilən xərclərin həcmi açıqlanıb

Bakıda qızıl medal qazanan koreyalı atıcı yeni dünya rekorduna imza atıb

Andrey Kovalenko: Rusiyanın Ukraynanın Xarkov şəhərinə hücumu üçün resursları yetərli deyil

QDİƏT PA Baş Assambleyasının 63-cü plenar iclası Tirana şəhərində keçiriləcək

Səngəçal terminalından ixrac edilən neft və kondensatın hamısı BTC vasitəsilə nəql edilib

Cahit Bağcı: Türk şirkətləri Qarabağda aparılan bərpa-quruculuq işlərində fəal iştirak edirlər VİDEO

Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub, birinci tunelin açılışında iştirak edib YENİLƏNƏCƏK

Kino Agentliyinin Apellyasiya Komissiyası film layihələri ilə bağlı yekun nəticələri elan edib

Prezident İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib YENİLƏNƏCƏK

Naxçıvanda “Bookfest” festivalında 900 çeşiddə 70 minə yaxın kitab və digər nümunələr sərgilənir

Britaniya gəmisi Ədən körfəzində hücuma məruz qalıb

BTC vasitəsilə 568 milyon ton xam neft nəql edilib

Arif Əsədov: “Şamaxı”nın Premyer Liqaya vəsiqə qazanmaması uğursuzluq olar

Britaniya iqtisadiyyatında geriləmə dayanıb

Tbilisidə və Rustavidə xalqımızın Ümummilli Liderinin abidəsi ziyarət olunub

Prokurorluğun rəhbər heyəti və əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər

Ukraynada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uinston Çörçilin təsvir olunduğu rəsm əsəri hərraca çıxarılıb

Bakıdakı Rus evi 9 May - Qələbə Gününə həsr olunmuş konsert təşkil edib

“Şahdəniz” yatağından 7 milyard kubmetr qaz hasil edilib

AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib

Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclərinin xaricdə təhsil almasında mühüm rol oynayıb

® Sabunçu rayonunda könüllü qanvermə aksiyası keçirilib

Tayvan sahillərində 5,7 bal gücündə zəlzələ olub

“AzerGold”un Müşahidə Şurasının növbəti iclası olub

Bu ilin birinci rübündə AÇG yatağından 31 milyon barel neft çıxarılıb

Professor: Heydər Əliyevin yüksək nitq mədəniyyəti xüsusi araşdırmaya layiq mühüm bir məsələdir

Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək

® İlk dəfə rekord sayda spiker “Caspian Investment Forum Prague 2024”də

Müstəqil dövlətimizin ən müasir tarixi Ulu Öndərin adı ilə bağlıdır RƏY

MİQ üzrə müsabiqəyə buraxılacaq qeydi-pedaqoji ixtisasların siyahısı müəyyənləşib

Tanınmış mütəxəssisin Azərbaycan millisinə baş məşqçi təyin olunacağı ilə bağlı xəbərlərə aydınlıq gəlib

Cari ilin birinci rübündə AÇG üzrə əsaslı məsrəflərə 347 milyon dollar xərclənilib

Dendrologiya İnstitutu İtaliyadan yeni toxum növləri əldə edib

ABA: Türk bank icmalarının birgə fəaliyyəti ölkələr arasındakı iqtisadi bağların güclənməsinə imkan yaradacaq

Universitetdə tədbir: Heydər Əliyev şəkillərdə

Ankarada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Şuşa şəhərindəki “ASAN xidmət” mərkəzi iyunun sonlarınadək hazır olacaq VİDEO

RF Dövlət Duması Mixail Mişustinin hökumətin sədri vəzifəsinə namizədliyini müzakirə edir

Ermənistan müxalifəti baş nazir postuna namizədini müəyyənləşdirməyib

“PAŞA Holding” şirkətlərinin dayanıqlılıq strategiyası üzərində iş aparılır

BMT-nin vətəndaş cəmiyyəti üzrə 69-cu konfransı keçirilir

Tələbə gənclər Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini silsilə tədbirlərlə anıblar

Toğrul Əsgərov: Azərbaycan dünya idman tarixinə öz imzasını atmağı bacarıb

Ümummilli Lider Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti

Cənubi Sudandan olan 1,3 milyon qaçqın geri qayıdıb

Kursantlar Ulu Öndərin ölməzliyini tərənnüm etdirən fləş-mob hazırlayıblar VİDEO

Yelkənçilərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub

“AzerGold”un yeni qızıl sikkəsi Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunub

Niderland şirkəti Azərbaycan startapını alıb

Netanyahu Baydenlə fikir ayrılığının aradan qalxacağına ümid edir

Çin Macarıstanda dəmir yolu layihələrinə sərmayə qoyacaq

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Astarada tibbi aksiya təşkil edib

Naxçıvanda Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə yürüş təşkil olunub

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib VİDEO

BMT: COP29-la bağlı Azərbaycana dəstək vermək və əlimizdən gələni əsirgəməmək öhdəliyimizdir

DİA-da “İqlim dəyişikliyinə uyğunlaşma üzrə” təlimlərə başlanılıb

Qurban Yetirmişli: Cəbrayılda seysmik stansiyanın quraşdırılması üçün sənədləşdirmə işləri aparılır VİDEO

Komitə sədri: Ailədə şiddətin qarşısını almaq üçün maarifləndirmə də lazımdır VİDEO

Azərbaycan Premyer Liqası: Mərkəzi oyun FIFA referisinə tapşırılıb

Nazir müavini: Azərbaycan COP29-a yalnız ev sahibliyi etməyəcək, eyni zamanda, danışıqlara da rəhbərlik edəcək

“Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” layihəsinin icrasına başlanılıb

Tahir Budaqov: YAP parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirməkdədir VİDEO

Mayın 11-12-də geomaqnit qasırğası gözlənilir

Azərbaycanın qadın güləşçiləri lisenziya turnirində mübarizəyə başlayırlar

YAP-ın nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Mərakeş sahillərində 38 miqrant xilas edilib

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar

BDU-nun tələbə və məzunu İsveçin dövlət təqaüdünə layiq görülüb

Delakruanın məşhur rəsm əsəri yenidən Luvr muzeyində sərgilənir

Dörd yüzdən çox namizəd dövlət qulluğu üzrə imtahan verəcək

Yaz ətirli poeziya

Milli Kitabxanada “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi kitab sərgisi açılıb

Azərbaycan neftinin qiyməti cüzi artıb

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin II cəhdində iştirak etmək üçün qeydiyyat başlanır

Azərbaycan Basketbol Liqası: Son çempion finala çıxa bilər

® “Dayanıqlı Tikinti Zirvəsi”nin gündəliyi yayımlandı

Xalqımız Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsini böyük ehtiramla anır VİDEO

Premyer Liqa: Tura tarixi derbi ilə start veriləcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər VİDEO

Polis əməkdaşları 82 kiloqrama yaxın narkotik vasitə aşkarlayıb

DİN: Ötən gün ölkə ərazisində 87 cinayətin üstü açılıb

Paytaxtda bəzi ərazilərdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar paylaşım edib

Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb

Qobustanda narkotiklərlə əlaqəli iki nəfər saxlanılıb

Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Baş nazir: Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv olacaq

Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb

Azərbaycanın qazandığı bütün uğurların memarı Ulu Öndər Heydər Əliyevdir ŞƏRH