Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi Milli Məclisə təqdim olunub

Bakı, 26 aprel, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) nümayəndələri ilə görüşüb. Yerli və xarici şirkətlərin, biznes qurumlarının təmsilçilərinin iştirakı ilə keçirilən görüşü “AmCham”ın prezidenti Nuran Kərimov giriş sözü ilə açaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “AmCham” arasında səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə S.Müslümov Azərbaycanda iqtisadi inkişaf proseslərində Palatanın fəal iştirakını yüksək dəyərləndirib, nazirliyin “AmCham”la əməkdaşlığa, ümumən özəl sektorla aidiyyəti iş sahələrində sosial dialoqun güclənməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb: “Qlobal miqyasdakı siyasi, sosial və iqtisadi kataklizmlərdən qaynaqlanan ciddi çətinliklərin Azərbaycana təsirlərinin minimallaşdırılması və milli iqtisadiyyatın dayanıqlı inkişafının təmin olunması üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu islahatlar eyni zamanda sahibkarlığın dəstəklənməsi tədbirlərinin daha da güclənməsinə səbəb olub. Müsbət haldır ki, bunun müqabilində özəl sektorun da iqtisadiyyatda rolu artmaqla bərabər, iş yerlərinin yaradılmasında iştirakı da getdikcə aktivləşir. Cari ilin ilk rübündə ölkədə yaradılan yeni iş yerlərinin də 40 mindən çoxu özəl sektorda açılıb”.

S.Müslümov bildirib ki, əmək bazarı qlobal iqtisadi böhranın təsirlərinə daha tez məruz qalan sahələrdən biridir. Bununla əlaqədar son vaxtlar dünyada baş verən proseslərə adekvat olaraq, əmək bazarında sabitliyin təmin edilməsi üçün qısamüddətli effekt verən təlim, işaxtaranlara kömək və dövlət məşğulluğu tədbirləri, həm də uzunmüddətli səmərə üçün biznesə güzəştlərin verilməsi, dövlət köməyi kimi tədbirlərdən istifadə olunub: “Məşğulluq sahəsində Prezidentin irəli sürdüyü sosial məsuliyyətin bölgüsü prinsipi çərçivəsində dövlət şirkətləri ilə birgə, yəni onlardan təqdim olunan vakansiyalar əsasında aktiv məşğuluq tədbirləri cari ildə də davam etdirilib. Bu ilin ilk rübündə 17,9 min işçi ilə əmək müqaviləsinin müddəti uzadılmaqla, 23,5 min işçi ilə işaxtaran arasında yeni əmək müqaviləsi bağlanıb. Beləliklə, bu müddətdə sosial məsuliyyətin bölüşdürülməsi çərçivəsində 41,4 min nəfər işaxtaranın məşğulluğu təmin olunub. Bu çərçivədən kənar təqdim edilən vakansiyalar da nəzərə alınmaqla 2017-ci ilin birinci rübündə nazirliyin məşğulluq orqanları tərəfindən 26,7 min nəfərin işlə təminatı həyata keçirilib. Həmçinin 1 226 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib, əmək bazarının tələblərinə uyğun düzgün peşə seçiminə dəstək məqsədilə 32,1 min nəfər gəncə peşəyönümü məsləhətləri verilib. İşçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması məqsədilə nazirlik tərəfindən son illərdə İSCO88/08-ə uyğun şəkildə beynəlxalq və milli əmək bazarının tələblərinə uyğun kompetensiyalar əsasında təkmilləşdirilmiş 350-dən artıq peşə standartı, 63 kvalifikasiya standartı hazırlanaraq işəgötürənlərin istifadəsinə verilib”.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il aprelin 7-də imzaladığı Sərəncamına əsasən, nazirlik tərəfindən özünüməşğulluq proqramı çərçivəsində aparılan işləri də diqqətə çatdırıb. S.Müslümov proqram çərçivəsində verilmiş aktivlər hesabına cari ilin 01 aprel tarixinə ölkədə artıq 400-dək yeni ailə təsərrüfatının yaradıldığını, hazırda prosesin davam etdirildiyini, qeyd olunan işlərin sosial və iqtisadi əhəmiyyətini diqqətə çatdırıb.

S.Müslümov sosial təminat sistemində əhatəliliyin və səmərəliliyin yüksəldilməsinin, ünvanlılığın və şəffaflığın təmin olunmasına əsas vəzifələr olduğunu vurğulayıb: “Ölkədə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 319 min nəfər əmək pensiyası, 466,4 min nəfər müxtəlif növ müavinətlər, 130,8 min ailənin 546 min nəfər üzvü isə ünvanlı sosial yardım alır. Həmin insanlara nazirliyin yerli orqanları vasitəsilə hər ay 316,3 milyon manat vəsait ödənilir. Dünya Bankı tərəfindən qiymətləndirmələr aparılarkən, ölkəmizdəki sosial müdafiə sisteminin geniş əhatəliliyə malik olduğu, yoxsulluğun azaldılmasında mühüm rol oynadığı, yoxsul sayıla biləcək əhalinin 90,1 faizini əhatə etdiyini müəyyən olunub”.

Nazir son illərdə İKT-nin əmək və sosial müdafiə sahələrində geniş tətbiqi nəticəsində bu sahələrdə müasir və səmərəli idarəetmə mexanizmlərinin yaradıldığını və əhaliyə xidmətlərin bütünlüklə elektron müstəviyə keçirilərək tam şəffaflaşdırıldığını diqqətə çatdırıb: “Hazırda nazirliyin böyük sosial tələbə malik 30-dək elektron xidməti əhalinin istifadəsindədir ki, təkcə cari ilin ilk rübündə həmin elektron xidmətlərə 2 milyon 607 min dəfə müraciət edilib. Bu da həmin dövrdə “Elektron hökumət” portalına müraciətlərin 52,6 faizini təşkil edir. Nazirliyin xidmət sahələrində ünvanlılıq, şəffaflıq və ədalətlilik prinsiplərinin təmin olunması əmək və sosial müdafiə sahələri ilə əlaqədar ictimai məmnunluq yaradıb, eyni zamanda həmin sahələrlə bağlı şikayət xarakterli müraciətlərin kəskin şəkildə, yəni 5,2 dəfə azalaraq minimuma enməsinə səbəb olub”. S.Müslümov əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminin bütün əmək münasibətlərinin elektronlaşdırılaraq şəffaflaşdırılmasına imkan verdiyini, yalnız işçilərin deyil, işəgötürənlərin də hüquqi mənafelərinə xidmət etdiyini, əmək bazarının elektron güzgüsünə çevrilərək dolğun informasiya bazası formalaşdırdığını bildirib.

Nazir qeyd edib ki, ümumilikdə işəgötürənlərlə iş sahələri, sosial sığorta münasibətləri də elektron infrastruktur üzərində, şəffaf şəkildə qurulub. Bu yöndə növbəti addım kimi, cari il aprelin əvvəlindən sığortaedənlərin təqdim etdiyi hesabat formaları vahid rüblük hesabatla əvəz edilməklə, fərdi uçot əsaslı vahid rüblük hesabat alt sistemi istifadəyə verilib. Nəticədə sosial sığorta sahəsində hesabat sistemi daha sadələşdirilməklə, biznes subyektlərinin hesabat yükünün azalması təmin edilib: “Ölkənin sosial müdafiə sisteminin təkmiləşdirilməsi məqsədilə görülən işlərin bir istiqaməti də qabaqcıl dünya praktikası əsasında işsizlikdən sığorta sisteminin formalaşmasına, işçilərin bu və ya digər şəraitdə iş yerlərini itirdikləri halda onların etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmasına yönəlib. Bununla əlaqədar “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi hazırlanıb və hökumət qurumları, sosial tərəfdaşlarla razılaşdırılaraq, rəy və təkliflər əsasında daha da təkmilləşdirilib və artıq Milli Məclisə təqdim olunub. Belə bir sistemin qurulması yalnız işsizliyə görə sosial müdafiənin təmin olunmasında deyil, aktiv əmək bazarı proqramlarının, o cümlədən özünüməşğulluq proqramının genişləndirilməsində də mühüm rol oynayacaq, həmçinin qeyri-formal əməyin rəsmiləşdirilməsində işçilər üçün stimul yaradacaq”.

Nazir pensiya təminatı sahəsində islahat tədbirləri, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklər, onların mahiyyəti və məqsədləri, sosial tərəfdaşlıq sahəsində görülən işlər, Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın fəaliyyəti və s. barədə görüş iştirakçılarına ətraflı məlumatlar verib.

Daha sonra S.Müslümov Palata üzvlərinin, iş adamlarının aidiyyəti mövzularda suallarını cavablandırıb. Tədbirdə ümumi maraq doğuran məsələlərə (o cümlədən yeni işsizlik sığortası sisteminin tətbiqi, işçi qüvvəsinin bilik və bacarıq səviyyələrinin artırılması, qeyri-leqal məşğulluğun aradan qaldırılması, biznes strukturlarının sosial məsuliyyəti və s.) dair fikir mübadiləsi aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveçrədə keçiriləcək Ukrayna üzrə konfransın iştirakçılarının siyahısı artır

Meksika Prezidenti: Ölkədə elektrik enerjisinin kəsilməsi rekord isti hava ilə əlaqədardır

Piylənmə uşaqlarda insulin müqavimətinə səbəb ola bilər

Ukraynada ağır cinayət törətməmiş məhbuslar səfərbərliyə cəlb olunacaqlar

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Britaniyada növbəti deputat Leyboristlər Partiyasına keçib

Nəcəf Cəfərli: ADA Universitetinin dəstəyi ilə “MacFrut” sərgisində iştirak edirik

İnkişafa və sabitliyə hesablanan Azərbaycan-Slovakiya əməkdaşlığı ŞƏRH

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib VİDEO

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır